Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq, 11 milyon 677 min 9 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 65 milyon 312 min 41 dollara bərabər olub.
#Özbəkistan
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüş keçirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, xüsusilə mədəni-humanitar və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 faiz artaraq, 532 min 54 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 3 milyon 897 min 54 dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 88,1 faiz azalaraq, 2 milyon 143 min 34 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 80,2 faiz azalaraq, 16 milyon 583 min 63 dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 211,5 faiz artaraq, 363 min 48 dollara çatdırıb. Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 218,7 faiz artaraq, 3 milyon 976 min 29 dollara çatdırıb. Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 58,9 faiz artaraq, 13 milyon 386 min 82 dollara bərabər olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bubarədə dövlət başçısının "Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib.
Türkiyə dünən olduğu kimi, bu gün də dünyanın müxtəlif bölgələrində yaşayan Axısqa türklərinin yanındadır. Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu səsləndirib. O, Axısqa türklərinin Türk dünyasının ayrılmaz hissəsi olduğunu və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
2025-ci ilin yanvar-iyul aylarında Özbəkistan vətəndaşları Türkiyədə 170 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt azdır. Məlumata görə, bu ilin iyul ayında Özbəkistan vətəndaşları Türkiyədə 30 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 23 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.
2025 -ci ilin iyununda Özbəkistandan Türkiyəyə 72 min 326 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,74 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 288 min 11 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,16 faiz çoxdur.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 4–5 avqust tarixlərində Türkmənistana işgüzar səfər edəcək.
Qırğızıstan Prezidenti Sadır Japarov 31 iyul 2025-ci il tarixində Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidovu Çolpon-Ata şəhərində qəbul edib.