İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.
#Özbəkistan
Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək. Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. Tədbir çərçivəsində üzv dövlətlərin əsas sənədlərinin, o cümlədən təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul edilməsi gözlənilir. AzerVoice xəbər verir ki, təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
Qərar bu il 26 avqustda Səmərqənddə keçirilən görüşdə imzalanmış razılaşmanın nəticəsidir. Həmin görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İordaniya kralı II Abdullah ibn əl-Hüseyn bir sıra sənədlərə, o cümlədən vizanın ləğvini nəzərdə tutan sazişə imza atıblar.
Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronostik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:27-də (Bakı vaxtı ilə 17:27-də) baş verib. Zəlzələnin episentri Bədəxşan bölgəsində yerləşib. Bildirilib ki, episentrdə təkanların gücü 3 bal təşkil edib.
Nasriyev şəxsi əlaqələrinə toxunaraq, Səmərqənddə doğulduğunu, təhsil aldığını və ailəsi ilə birgə dəfələrlə İsfahana səfər etdiyini xatırladıb. O, həmçinin İsfahanda bir küçəyə “Səmərqənd küçəsi” adının verilməsini iki ölkə arasında tarixi-mədəni bağların rəmzi kimi təklif edib.
2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 41 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 88 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 18 milyon 912 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Türkmənistan və Özbəkistan arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunub. Bu məqsədlə Türkmənistan “Türkmənhava yolları” Dövlət Xidmətinin rəhbəri Dövran Saburov ilə Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov arasında müvafiq sənəd imzalanıb.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 140,1 faiz artaraq, 10 milyon 414 min 66 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq, 44 milyon 350 min 65 dollara bərabər olub.
“Avaza” milli turizm zonasında Türkmən Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Mirziyoyevin Türkmənistana səfəri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşündə iştirak çərçivəsində baş tutub.
Mirziyoyevi rəsmi mərasimlə qarşılayan Türkmənistan tərəfini Nazirlər Kabinetinin sədr müavini Nökerguly Atagulyyev təmsil edib. Qarşılanma mərasimindən sonra nümayəndə heyəti “Avaza” milli turizm zonasına yola düşüb.Səfər çərçivəsində Mirziyoyevin Türkmən xalqının Milli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə ikitərəfli danışıqlar aparacağı planlaşdırılır.
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 5 milyon 689 min 2 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz azalaraq, 35 milyon 34 min 35 dollara bərabər olub.