#Zəngəzur dəhlizi əhəmiyyəti

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmalarla yanaşı, Azərbaycanla ABŞ arasında imzalanan sazişlərin bölgədə sülh üçün ümidverici mənzərə yaratdığını bildirib. Nazir qeyd edib ki, hadisələrin ilk günündən etibarən ABŞ rəsmiləri Azərbaycanla təmaslara başlayıb və bu proses Türkiyə ilə də daimi məsləhətləşmələr şəklində davam edib. Fidan bildirib ki, Zəngəzur dəhlizinin elan olunması, Azərbaycanın əvvəldən ortaya qoyduğu əsas tələblərin prinsip etibarilə qəbul edilməsi deməkdir. O, bu mərhələdə dəhlizlə bağlı konkret bir razılaşmanın olmadığını, ancaq konseptual olaraq qəbul edildiyini və bunun tərəflər arasında müzakirə olunacağını deyib.