Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilən təntənəli tədbir təşkil olunub.
#Dövlət Statistika Komitəsi
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 245 543 nəfərə çatıb. Bu barədə AzerVoice Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 13,2 milyard kubmetr qaz ötürülüb. Bu barədə AzerVoice Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 206,1 milyon kubmetr və ya 1,5% azdır.
Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45616 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşüb. "Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub", - məlumatda qeyd olunub.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib. Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞ dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1 dəfə azalıb.
Türkiyə 2025-cü ilin iyun ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azalaraq, 5 milyon 895 min 67 dollara çatdırıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3,191 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə AzerVoice Dövlət Statistika Komitəsindən məlumat əldə edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 25, 8 milyon ABŞ dolları dəyərində 3 708 ton mis və ondan hazırlanan məmulatlar ixrac edilib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,4 min ton mazut istehsal edilib.