Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur Trend-ə özəl müsahibəsində bildirib ki, enerji sektorundan əldə olunan gəlirlər uzunmüddətli iqtisadi dayanıqlığın gücləndirilməsi üçün səmərəli şəkildə idarə olunmalıdır. Cihad Azurun sözlərinə görə, enerji bazarlarında yüksək volatillik şəraitində neft və neft məhsulları sektorundan əldə olunan gəlirlərin səmərəli idarə edilməsi xüsusi əhəmiyyət daşıyır. "Neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq vacibdir", – deyə BVF rəsmisi Trend-ə bildirib.
#Dövlət Statistika Komitəsi
Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 14 milyon 773,2 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana mal ixracının dəyəri 17,372 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın Ermənistandan idxalının dəyəri 960 ABŞ dolları olub. Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 162,6 milyon ABŞ dolları dəyərində 1,422 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 11,6 milyon ABŞ dolları və ya 7,7 faiz artıb, həcm baxımından isə 92 milyon kubmetr və ya 6,9 faiz çoxalıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 33270 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 84370 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatıb.
2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil edib.
Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə marağının artması müşahidə olunur. Dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsində qadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığı genişlənməkdədir.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb.
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2028-ci ilədək 4 %-ə enəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.
Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınıb. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.