#Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Milli Müdafiə Nazirliyində görüş keçiriblər. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında verilən açıqlamaya əsasən, Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler, Daxili İşlər Naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyə Milli Müdafiə Nazirliyində bir araya gəliblər. Mətbuata qapalı şəkildə keçirilən görüşə dair bir foto da paylaşılıb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir. Təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq "Terrorçusuz Türkiyə" Komissiyası avqustun ilk həftəsində fəaliyyətinə başlayacaq. Bu barədə TBMM sədri Numan Kurtulmuş, İsveçrənin Cenevrə şəhərində keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.