Qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayı 1 milyon 290 min nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Suriyaya könüllü geri dönüşlərlə bağlı sosial media hesabında etdiyi paylaşımında bildirib. Nazir bildirib ki, 8 dekabr 2024-dən bu günə qədər isə 550 min suriyalı öz ölkəsinə qayıdıb. Nazir həmçinin qeyd edib ki, Suriya daxilində 8 dekabr 2024-dən sonra yaşanan siyasi dəyişikliklər geri dönüşləri sürətləndirib. Nazir Türkiyənin qaçqınlara dəstəyini xatırladaraq “zülm, aclıq və müharibə şəraitində qalan insanlara heç vaxt arxa çevirmədik, onların səsini eşitməməzlikdən gəlmədik. Həmişə haqqın və məzlumun yanında olduq.”- deyib.
#Suriyalı qaçqınların qayıdışı
Ötən il dekabrın 8-dən sonra Türkiyədən ümumilikdə 474 min 18 suriyalı öz ölkələrinə geri qayıdıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, Suriyada baş verən son hadisələrdən sonra könüllü geri dönüş prosesi sürətlənib. “2024-cü il dekabrın 8-dən sonra baş verən hadisələrlə birlikdə könüllü geri dönüşlər daha da artdı. Bu tarixdən etibarən 474 min 18 suriyalı geri qayıtdı. 2016-cı ildən bəri isə ümumilikdə 1 milyon 213 min 620 nəfər könüllü şəkildə ölkəsinə dönüb” – deyə, A. Yerlikaya qeyd edib.
Suriyanın qonşu ölkələrində yaşayan təxminən 850 min qaçqın vətəninə geri dönüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements məlumat verib. Onun sözlərinə görə, ötən ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra suriyalıların geri dönüş prosesi sürətlənib. Klements əlavə edib ki, yaxın həftələrdə bu rəqəmin 1 milyona çatacağı gözlənilir.
Türkiyədən öz ölkələrinə könüllü şəkildə geri dönən suriyalıların sayı 450 min 169 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Yerlikaya qeyd edib ki, ötən ilin 8 dekabrından etibarən Suriyaya qayıdış müraciətləri artıb və həmin dövrdən indiyədək 450 min 169 nəfər könüllü şəkildə vətəninə dönüb.
Ötən il dekabrın 8-də Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ümumilikdə 411 min 649 suriyalı öz vətəninə qayıdıb. 2016-cı ildən bu günə qədər Türkiyədən Suriyaya könüllü şəkildə qayıdanların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda isə Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024-cü ildən bu yana həyata keçirilən təhlükəsiz, könüllü, ləyaqətli və nizamlı qayıdış prosesi çərçivəsində yüz minlərlə suriyalı evinə dönüb. 2016-cı ildən indiyədək könüllü olaraq geri dönənlərin ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma altında 2 milyon 543 min 711 suriyalı yaşayır.
May ayında qaçqın düşərgələrindən və xarici ölkələrdən Suriyaya qayıdanların sayı əvvəlki ayla müqayisədə 45 faiz artıb.
Ötən ilin dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iki milyondan çox suriyalı qaçqın və öz vətəninə qayıdıb.