Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə qlobal “Sıfır tullantı” hərəkatının liderinə çevrilib

    30 Mart 2026 14:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə qlobal “Sıfır tullantı” hərəkatının liderinə çevrilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Türkiyə martın 30-da qeyd olunan Beynəlxalq Sıfır Tullantı Günü çərçivəsində qlobal ekoloji hərəkatın mərkəzi qərargahı kimi çıxış edib.

    VOA xəbər verir ki, ölkənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə təxminən on il əvvəl başladılan bu təşəbbüs yerli təkrar emal layihəsindən beynəlxalq proqrama çevrilərək geniş vüsət alıb.

    Layihənin icrasına başlanılan 2017-ci ildən bu yana Türkiyə 90 milyon ton tullantını təkrar emal edərək iqtisadi dövriyyəyə qaytarıb ki, bu da ölkə iqtisadiyyatına 365 milyard türk lirəsi məbləğində xeyir verib. Statisitik məlumatlara görə, tullantıların təkrar emalı səviyyəsi 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37,53 faizə yüksəlib. Rəsmi Ankara bu göstəricini 2035-ci ilə qədər 60 faizə, 2053-cü ilə qədər isə 70 faizə çatdırmağı hədəfləyir.

    Proqram çərçivəsində əldə olunan nəticələr yalnız iqtisadi səmərə ilə məhdudlaşmır. Belə ki, görülən tədbirlər sayəsində 180 milyon ton istixana qazının atmosferə atılmasının qarşısı alınıb, 54 milyon ev təsərrüfatının illik ehtiyacına bərabər elektrik enerjisinə qənaət edilib. Bundan əlavə, qənaət olunan suyun həcmi İstanbulun iki illik su istehlakı ilə müqayisə olunur.

    Xatırladaq ki, 2022-ci ilin dekabrında BMT Baş Assambleyası Türkiyənin təklif etdiyi qətnaməni qəbul edərək 30 mart tarixini Beynəlxalq Sıfır Tullantı Günü elan edib. Hazırda bu qlobal bəyannaməyə 131 ölkədən 438 mindən çox könüllü, həmçinin 50-dən çox birinci xanım və beynəlxalq təşkilat nümayəndəsi qoşulub.

    #Bakı #Türkiyədən ekoloji inqilab: Sıfır tullantı layihəsi dünyanı bürüyür #AzerVoice: Əminə Ərdoğanın təşəbbüsü BMT səviyyəsində qəbul edilib #Türkiyə iqtisadiyyatına milyardlarla lirə qazandıran layihə: Təkrar emal rekord vurur #30 mart Beynəlxalq Sıfır Tullantı Günü: Türkiyənin qlobal liderliyi #Tullantıdan gəlirə: Türkiyə 90 milyon ton tullantını iqtisadiyyata qaytarıb #Ekoloji uğur: Türkiyə təkrar emal hədəflərini açıqladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    Ferrari BƏƏ-də qadınlar üçün yarış keçirəcək

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    Özbəkistan Prezident Administrasiyasının rəhbəri Ərəb Media Sammiti 2026-nın əsas məruzəçisidir

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

    Qalibaf ABŞ maliyyə nazirini ələ saldı

    Kayseridə 4,1 maqnitudalı zəlzələ baş verib

    İran və Oman Hörmüzlə bağlı razılaşma üzərində işləyir

    Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.