Suriya ordusu bazar ertəsi günü sübh saatlarında İraqla sərhəd yaxınlığındakı hərbi bazalarının genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını bəyan edib.
#Bakı
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.
Səudiyyə Ərəbistanı cümə günü Livandakı vətəndaşlarına müraciət edərək, bu ölkədəki mövcud vəziyyəti nəzərə alaraq onları ərazini dərhal tərk etməyə çağırıb.VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi vətəndaşlardan Livana səfər qadağası qərarına ciddi şəkildə əməl etmələrini tələb edib. Diplomatik nümayəndəlik hazırda Livan Respublikasında olan vətəndaşları baş verən hadisələrin fəsadlarını və təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni təcili şəkildə tərk etməyə səsləyib.
Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi və sərnişindaşıma xidmətinin fasiləsizliyini təmin etmək məqsədilə, bir neçə mərkəzi küçə və prospektdə aparılacaq təmir işləri ilə əlaqədar 10 müntəzəm marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq. Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.
Təşkilatın əsasını Misir, Suriya, Livan, Transiordaniya (hazırkı İordaniya), Səudiyyə Ərəbistanı, İraq və Yəmən qoyub. Regionda iqtisadi artımı stimullaşdırmaq, üzv dövlətlər arasındakı mübahisələri həll etmək və siyasi hədəfləri koordinasiya etmək məqsədilə yaradılan Liqa, hər bir dövlətin bir səs hüququna malik olduğu xüsusi şura formatında fəaliyyətə başlayıb.
Misir prezidenti Əs-Sisi İranın Səudiyyə Ərəbistanına qarşı "iyrənc" hücumlarını yenidən qınayaraq, Qahirənin Krallığın suverenliyini və təhlükəsizliyini təhdid edən hər hansı bir addıma qarşı Riyadın yanında olduğunu bəyan edib. Görüşdə həmçinin Misirin xarici işlər naziri Bədr Abdelatty və kəşfiyyat rəhbəri Hassan Raşad da iştirak ediblər. Liderlər regional məsələlərlə yanaşı, qarşıdan gələn Ramazan bayramı (Eyd əl-Fitr) münasibətilə bir-birini təbrik ediblər. Görüşün sonunda vəliəhd şahzadə Misir prezidentini Ciddə limanından yola salıb.
Macarıstanın paytaxtı Budapeştdə hər il ənənəvi olaraq keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC Hungary) bu il də qlobal sağçı hərəkatların görüş yerinə çevrilib. Macarıstanın Baş naziri Viktor Orban tədbirdəki çıxışında Avropa İttifaqı rəhbərliyini kəskin tənqid edərək, qarşıdan gələn seçkilərdə böyük dəyişiklik vəd edib.
Bəhreyn hökumətinin sözçüsü martın 9-da paytaxt Manamada baş vermiş insidentlə bağlı yeni təfərrüatları açıqlayıb. Rəsmi bəyanata görə, "Patriot" hava hücumundan müdafiə sistemi yaşayış məntəqəsi üzərində İranın pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Bu açıqlama ABŞ ordusunun (CENTCOM) həmin gün verdiyi məlumatla ciddi şəkildə fərqlənir. Martın 9-da CENTCOM sosial media hesabında Rusiya və İran mediasının "Patriot" raketinin hədəfdən yayındığı barədə xəbərlərini "yalan" adlandırmışdı. ABŞ tərəfi o vaxt bəyan etmişdi ki, əslində İran PUA-sı birbaşa yaşayış binasına çırpılıb və nəticədə aralarında uşaqlar da olmaqla 32 mülki şəxs yaralanıb.
İsrail tərəfi İranın hərbi proqramlarında mühüm rol oynayan iki yüksək rütbəli alimin – Məhəmməd Əli Xudabaxş və Məhəmməd Rizanın öldürüldüyü barədə hesabat yayıb. İddialara görə, sözügedən şəxslər Tehranın gizli elektromaqnit silahlarının hazırlanmasına rəhbərlik ediblər. İsrailin "Channel 12" telekanalı, həmçinin "Yedioth Ahronoth" və "The Jerusalem Post" nəşrləri öz mənbələrinə istinadən alimlərin Tehran ətrafında avtomobillərinə endirilən dəqiq zərbə nəticəsində həlak olduqlarını bildiriblər. İsrail tərəfi hədəfə tam nail olunduğunu və hər iki mütəxəssisin öldüyünü iddia edir.
İsrailin xarici kəşfiyyat xidməti "Mossad" rəsmi Tehranın nüvə proqramı ilə bağlı məlumat əldə etmək məqsədilə İran vətəndaşlarına müraciət edərək, onları casusluğa çağırıb. Kəşfiyyat xidmətinin fars dilində fəaliyyət göstərən rəsmi "Telegram" kanalı vasitəsilə yayılan müraciətdə "Nüvə sənayesi sahəsində hər hansı məlumata çıxışınız varsa, bizimlə əlaqə saxlayın" ifadəsi işlədilib. "Mossad" məlumat sızdıran şəxslərin gələcəyinin "təhlükəsizlikdə olacağını" vəd edərək, iranlıları xüsusi qorunan rabitə kanalları vasitəsilə kəşfiyyatla əməkdaşlığa dəvət edib.
Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə gecə boyu təşkil etdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində dinc sakinlər arasında itkilər qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 154 PUA buraxılıb ki, onlardan 148-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.