ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalayıb. ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib. “ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalamışdır.” - deyə açıqlamada qeyd edilib.
#ASELSAN ixrac müqavilələri
Türkiyədə müdafiə sənayesinin inkişafı və texnoloji transformasiyasında aparıcı rol oynayan ASELSAN, maliyyə göstəriciləri ilə də diqqət mərkəzinə düşür. Şirkət, Borsa İstanbul indeksinə daxil olan şirkətlər arasında bazar dəyəri 1 trilyon Türkiyə lirəsini keçən ilk şirkət olub. Hazırda qlobal maliyyə bazarlarında risklərin azalması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi dövrünə qayıtması, investorların risk iştahını artırıb. Türkiyədə isə Mərkəzi Bankın faiz endirimi siyasəti və iqtisadi idarəetmədə atılan addımlar, Borsa İstanbul-un yüksəlişini gücləndirib.
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair 1 milyard 650 milyon avro dəyərində müqavilə imzalanıb. Bu barədə şirkətdən İctimayyəti Aydınlatma Platformuna (KAP) verilən açıqlamada, sözügedən razılaşmanın ASELSAN tarixində ən böyük tədarük müqavilələrindən biri olduğu vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.
ASELSAN Yaxın Şərq və Afrika bölgəsində 54 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN, Yaxın Şərq və Afrika bölgəsindəki müştərilərindən biri ilə radar və komanda-idarəetmə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 54 milyon ABŞ dolları olan ixrac müqaviləsi imzalayıb. Məlumat Kamuyu Aydınlatma Platformunda (KAP) dərc olunub. Şirkətdən bildirilib ki, müqavilə ASELSAN-ın beynəlxalq bazarlardakı fəaliyyətini daha da genişləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
Şirkət İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlama verərək, hava hücumundan müdafiə sistemlərinin birbaşa satışı üçün 78,5 milyon dollarlıq müqavilə bağlandığını bildirib. Qeyd edək ki, ASELSAN Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biridir və bu kimi ixrac müqavilələri şirkətin beynəlxalq mövqeyini daha da gücləndirir.
ASELSAN 2025-ci ilin ilk altı ayında gəlirini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artırıb. Şirkət 2,8 milyard dollarlıq yeni müqavilə bağlayıb, bunun 1,3 milyard dolları birbaşa və dolayı ixracat müqavilələrinə aiddir. Sifariş portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 16 milyard dollara çatıb.
ASELSAN ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Rəyasət Heyəti arasında Yeni Nəsil Şəbəkə Əsaslı Hərbi Rabitə Sistemlərinin satın alınması üçün 71 milyon 886 min 91 dollar dəyərində müqavilə bağlanıb.
Sürətli qatarlarda istifadə olunacaq alt sistemlərin tədarükü üçün ASELSAN ilə Türkiyə Dəmiryol Sistemi Vasitələri Sənaye A.Ş. (TÜRASAŞ) arasında 70 milyon 626 min avro dəyərində müqavilə imzalanıb.