İslam ümməti bu gün sivilizasiya yolayrıcında dayanıb. Bu, yalnız geosiyasi və ya dini bir yolayrıcı deyil, həm də mənəviyyatın və mahiyyətin özünün yolayrıcısıdır. Çünki artıq qarşıda duran sual sadəcə "Müsəlmanlar böhranlardan, işğaldan, təcriddən və anlaşılmazlıqdan necə xilas olsunlar?" sualı deyil. Əsl dərin sual budur: Ümmət özünü dünyaya cavab verən "yaralı bir kütlə" kimi anlayacaq, yoxsa bəşəriyyətin gələcək yükünü daşımaqda iştirak edən məsuliyyətli "əxlaqi bir cəmiyyət" kimi? Bu fərq həlledicidir.
#Şərqi Qüdsdə gərginlik
Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.
BMT Baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini böləcək məskunlaşma layihəsindən imtina etməyə səsləyib. O, sosial mediada etdiyi açıqlamada İsrailin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirmə planının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. “Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq qurulub və qorunub saxlanılıb”. - deyə Quterreş bəyan edib. O, eyni zamanda Qəzzada genişmiqyaslı ölüm və dağıntıların qarşısını almağın həyati əhəmiyyət daşıdığını bildirərək dərhal atəşkəs çağırışı edib.
Kurtulmuş “X” sosial şəbəkəsində yazıb ki, bu plan beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayan, Fələstinin ərazi bütövlüyünü hədəf alan və soyqırım planının bir hissəsi olan açıq bir hücumdur. O bildirib ki, Fələstin xalqının torpaqları onların danılmaz ata-baba yurdu və vətənidir, iradələrinə zidd qərarlar qəbuledilməzdir. Kurtulmuş, 1967-ci il sərhədləri daxilində tam müstəqil, suveren Fələstin dövlətinin yaradılmasının labüd olduğunu vurğulayıb.
“İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayıracaq yaşayış məntəqələri tikmək planı, onun lənətlənmiş soyqırım aktlarının davamıdır. Bəşəriyyət Fələstin dövlətini tanımaq üçün dəfələrlə qərar qəbul etdiyi bir vaxtda İsrail, yenidən bəşəriyyətə hücum edir və Fələstin dövlətinin ərazi bütövlüyünü hədəfə alır.” - deyə X platformasında paylaşım edən Ömər Çelik deyib.
Fələstin Xarici İşlər Nazirliyi İsrailin və Fələstin torpaqlarını qəsb etmiş yəhudi məskunlaşmaçıların Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə artan basqınları ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.