#Polşa

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.

13–14 noyabr 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya rəsmi səfəri çərçivəsində Avropada türk mədəni irsinin təbliği və akademik əməkdaşlığın inkişafına yönəlmiş bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Türkologiya Konfransının açılış mərasimi

Sentyabr ayında Rusiyaya aid pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması sadəcə təsadüfi bir insident deyildi, bu, ciddi xəbərdarlıq idi. O, mühüm sualları yenidən gündəmə gətirdi: nüvə gücünə qarşı hansı həddə qədər caydırıcılıq mümkündür? Beynəlxalq hüquq özünümüdafiə ilə ümumi müharibə təhlükəsinin qarşısını almaq arasında necə balans yarada bilər? NATO hansı rolu oynaya bilər ki, təhlükəsizliyi möhkəmləndirsin, amma Avropada dağıdıcı müharibə başlamasın?

Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün əsas görmür. Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlama verib. “Diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və düşmənlərlə saxlanılır. Buna görə də hələlik diplomatik münasibətləri kəsmək üçün səbəb görmürəm” – deyə, o bildirib.

ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində Polşanın hava məkanına daxil olmuş pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərdə heç kimi müdafiə etmək niyyətində olmadığını bildirib. O, bu barədə “Fox News”-a açıqlamasında danışıb. “Mən heç kimi müdafiə etməyəcəyəm. Onlar (PUA-lar – red.) vurulub, amma ümumiyyətlə Polşaya yaxınlaşmamalı idilər” - deyə, Tramp qeyd edib.

UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyunlarının məkanlarını təsdiqləyib. UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında qəbul edilən qərara görə, kişilər arasında final Atletiko Madrid klubunun 70 min tamaşaçı tutumuna malik Metropolitano stadionunda keçiriləcək. Stadion 2019-cu ildə Liverpulun Tottenhemi 2:0 hesabı ilə məğlub edərək kuboku qazandığı finala da ev sahibliyi etmişdi. Bu, Madridin Çempionlar Liqası finalına altıncı dəfə ev sahibliyi etməsi olacaq.

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub. Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.