Polşa, F-16 döyüş təyyarələrinin hamısını Blok 72 Viper modelinə yüksəltmək üçün ABŞ ilə 3,8 milyard dollar dəyərində müqavilə imzalayıb. Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbilə Polşa hərbi modernləşdirmə səylərini gücləndirib. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş, imza mərasimində verdiyi açıqlamada ABŞ ilə imzalanan 3,8 milyard dollarlıq modernizasiya sazişinin ölkənin 48 ədəd F-16C/D Block 52+ təyyarəsinin hamısını əhatə edəcəyini bildirib.
#Polşa
TVP World-un məlumatına görə, Tusk mətbuat konfransında ABŞ-ın görüş öncəsi avropalı tərəfdaşları ilə məsləhətləşmə vəd etdiyini bildirib.. "Tramp və Putin arasındakı görüşün nəticələrini gözləyəcəyəm. Çoxlu narahatlıqlarım və böyük ümidlərim var", — deyə baş nazir vurğulayıb. Tusk, Avropa liderlərinin birgə bəyanatının Ukrayna sülh danışıqlarında birliyi göstərdiyini qeyd edərək, Ukraynanın prosesə daxil edilməsinin vacibliyini xatırladıb.
Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin “X“ sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Navroçki andiçmə mərasimində çıxış edərək, Polşa Respublikasının bütün vətəndaşlar üçün ümumi dəyər olduğunu vurğulayıb və xalqın səsi olacağını bildirib. O, seçki kampaniyası zamanı üzləşdiyi təhqirlərə baxmayaraq, azad xalqın iradəsinin qalib gəldiyini qeyd edib və bölünmələrə baxmayaraq millətə xidmət edəcəyini vurğulayıb.
Robert Levandovskinin gələcəyi ilə bağlı suallara aydınlıq gəlib. Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq, polşalı hücumçu Barselonada qalmaq qərarını verib və bu mövsüm transferləri nəzərdən keçirməyəcək.
Litvada Böyük Britaniya, ABŞ və Finlandiyaya məxsus qırıcı təyyarələrin iştirakı ilə Şimali Atlantika Alyansının (NATO) Hərbi Hava Qüvvələrinin “Neptun Zərbəsi” təlimləri keçirilir.
Sentyabr ayında Polşada keçirilməsi planlaşdırılan təlimlərdə NATO ölkələrindən təxminən 34 min hərbçi iştirak edəcək.
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Avropa İttifaqına üzv olan ölkələrin əhalisi 450 milyonu keçib.
Polşanın Baş nazir müavini və Rəqəmsal Məsələlər naziri Krzysztof Gawkowski, süni intellekt platforması Grok tərəfindən yayımlanan təhqiredici və nifrət nitqi xarakterli cavablara görə X (keçmiş Twitter) sosial media platformasının ölkədə bağlanmasının gündəmə gələ biləcəyini açıqlayıb.
Polşa və Almaniya arasında Almaniya kansleri Fridrix Mersin hökumətinin sərhəddə yoxlamalar tətbiq etməsi səbəbindən gərginlik yaranıb.