İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib. İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.
#BMT Baş Assambleyası
Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal sülh və təhlükəsizlik məqsədlərini həyata keçirə bilməsi üçün ciddi islahata ehtiyacı var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaradılmasının 80-ci ildönümü münasibətilə keçirilən tədbirə göndərdiyi video-müraciətdə deyib.
Fələstin Milli Administrasiyası (FMA) sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin Muxtariyyətinin birtərəfli qaydada Fələstin Dövlətinə çevrilməsi və elan edilməsi imkanını nəzərdən keçirir. Bu barədə "Al Araby Al Jadeed" qəzeti fələstin rəhbərliyinin nümayəndəsinə istinadən məlumat verib.
Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.
Malta sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmi olaraq Fələstin Dövlətini tanıyacağını bəyan edib.
Reallıq budur ki, biz həlledici bir mərhələdəyik, iki dövlətli həll heç vaxt bu qədər uzaqda olmayıb. İki dövlətli həll beynəlxalq hüquqda öz əksini tapan, BMT Baş Assambleyası tərəfindən qəbul edilən və beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeganə əsasdır.
Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Parisin Fələstin dövlətini tanıması HƏMAS-ın mövqeyinə qarşı bir mesajdır və iki dövlətli həllə dəstəyi ifadə edir. Makron bu addımı BMT-də rəsmi elan edəcək.
Lakin 1979-cu ildən bu yana İran və ABŞ prezidentləri bir-birindən uzaq durmağa çalışıb. Onillər və bir çox diplomatik təşəbbüslərə baxmayaraq, birbaşa görüş hələ də reallaşmayıb. Tramp və Ruhani