Konqo Demokratik Respublikasında məcburi köçkünlərin yaşadığı düşərgədə may ayından bəri azı 30 nəfər ölüb. Ölənlərdən bəzilərində Ebola virusu təsdiqlənib. Hadisə ölkənin Ebola epidemiyasının mərkəzi sayılan Buniya şəhərindəki Kiqonze düşərgəsində qeydə alınıb. Düşərgə rəhbərliyi ölüm sayının görünməmiş həddə çatdığını bildirir. Bütün halların səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Xəstələr və onların yaxınları uzun müddət testdən keçməkdən imtina ediblər. Humanitar təşkilatlar vəziyyətin ciddi olduğunu vurğulayırlar. Virusun daha geniş yayılmasından ehtiyat edilir.
#səhiyyə böhranı
Qəzza zolağında yanacaq çatışmazlığı səbəbindən Şifa Tibb Kompleksinin bir sıra bölmələrində elektrik enerjisinin kəsilməsi xəstələr və yaralılar üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn Qəzzada səhiyyə sisteminin kritik vəziyyətdə olduğunu bildirib.