Ukraynadakı hərbi münaqişənin həlli üçün Rusiya və ABŞ arasında hərtərəfli əməkdaşlıq sazişi tələb olunur. Bu sazişin imzalanması dünya üzrə təhlükəsizliyin güclənməsinə də səbəb ola bilər.
#Brüssel
Avropa Komissiyası Fransanı Avropa İttifaqı qanunlarını pozmaqda ittiham edir.
Macarıstan Baş naziri Viktor Orban Ukraynanın Zakarpatya bölgəsindən olan 45 yaşlı etnik macar Jozsef Sebestyenin zorla səfərbərlik zamanı döyülərək öldürüldüyünü iddia edərək, məsul ukraynalı hərbi liderlərin Avropa İttifaqının sanksiya siyahısına salınmasını tələb edib.
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının rəhbərliyi ilə danışıqlar üçün Brüsselə yollanıb.
Macarıstan, Aİ-nin Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.
Belçikanın paytaxtı Brüsseldə NATO Parlament Assambleyasının təşkilatçılığı ilə NATO Parlament Sədrlərinin Sammiti öz işinə başlayıb.
Avropa İttifaqı (Aİ), Rusiyaya sanksiyalardan yayınmaqda yardım etdikləri iddiası ilə Çin Xalq Respublikasına məxsus iki kiçik regional banka qarşı sanksiya tətbiq etməyə hazırlaşır.