Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə ilə AB əməkdaşlığı Yunanıstanı narahat edir

    20 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə AB əməkdaşlığı Yunanıstanı narahat edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yunanıstan, Türkiyənin Avropa İttifaqının müdafiə layihələrinə inteqrasiyasının qarşısını almaq üçün diplomatik səfərbərlik elan edib.

    AzerVoice xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi səfirlərinə Ankaranın Aİ müdafiə təşəbbüslərində iştirakını əngəlləmək məqsədilə üzv ölkələrin hakimiyyət orqanları ilə əlaqəyə keçməyi tapşırıb.

    Belə ki, Afina Türkiyənin Aİ-nin müdafiə sənayesi proqramlarına daxil olmasının qarşısını almağa çalışır.

    Türkiyənin inkişaf etmiş hərbi sənayesi və pilotsuz uçuş texnologiyaları Brüsseldə maraq doğurarkən, Yunanıstan bu vəziyyətdən narahatdır. Afina, “SAFE” adlı Aİ müdafiə çərçivəsi daxilində tərəfdaş ölkələrin səs çoxluğu ilə deyil, yekdilliklə seçilməsini tələb edir. Fransa da bu mövqeni dəstəkləyir.

    Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti İspaniya və Airbus ilə əməkdaşlıq razılaşması imzalayıb və bu, HÜRJET təyyarəsinin NATO və beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq. Digər tərəfdən, Baykar şirkətinin İtaliyanın 140 illik Piaggio Aerospace aviasiya şirkətini alması Türkiyənin müdafiə sənayesindəki nüfuzunu artırıb.

    Yunan mətbuatı bu inkişafları “narahatedici” adlandıraraq bildirir ki, Türkiyə Aİ müdafiə bazarında 800 milyard avroluq potensialın əsas oyunçularından birinə çevrilmək üzrədir. NATO baş katibi Mark Ruttenin türk müdafiə şirkətlərinin qlobal təchizat zəncirindəki vacib roluna dair fikirləri də Afina tərəfindən diqqətlə izlənilir.

    #Türkiyə #Avropa İttifaqı #TUSAŞ #Türkiyə müdafiə sənayesi #Yunanıstan #NATO #Brüssel #Hürjet #Türkiyə Yunanıstan münasibətləri #Yunanıstanın müdafiə siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.