BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrail ordusunun Qəzza zolağına tam nəzarət üçün hazırladığı planın beynəlxalq hüquqa zidd olduğunu və dərhal dayandırılmalı olduğunu bildirib. Türk qeyd edib ki, bu plan kütləvi məcburi köçkünlüklərə, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olacaq.
#İsrail və Qəzza münaqişəsi
Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.
ABŞ mərkəzli “Axios” portalı yazır ki, ilkin mərhələdə plan yalnız Qəzza şəhərini əhatə edəcək və qaçqın düşərgələrinə yayılmayacaq. Rəsmi mənbələr bildirir ki, məqsəd oktyabrın 7-dək şəhərdəki bütün mülki əhalini mərkəzi və ətraf bölgələrdəki qaçqın düşərgələrinə köçürmək, ardından isə HƏMAS üzvlərinə qarşı qurudan hücum başlamaqdır.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş "X" sosial media hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan ölüb. Bununla da ölənlərin sayı 197-yə çatıb.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə bu səhər saatlarından bəri həyata keçirdiyi hücumlarda, aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib. Qəzzaya tətbiq etdiyi blokadanı sərtləşdirərək yardım girişini məhdudlaşdırmaqla humanitar fəlakətə səbəb olan İsrailin hədəfində yenə yardım almaq istəyən mülki şəxslər vardı. Səhiyyə mənbələri və hadisə şahidlərindən əldə edilən məlumatlara görə, İsrail ordusunun Qəzza şəhərində yerləşən Şati Qaçqınlar Düşərgəsində bir evi bombalaması nəticəsində biri qadın, biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.
Vaşinqtonda fələstinliyə dəstək nümayişçiləri NBC, Fox News, MSNBC və The Hill kimi media qurumlarının ofislərinin yerləşdiyi küçədə aksiya keçiriblər. Etirazçılar “Medianın soyqırımda şərikliyini dayandırın” və “Media yalan danışır, Qəzza ölür” yazılı plakatlarla ABŞ mediasının Qəzzaya hücumlara yanaşmasını tənqid ediblər.
Qəzza zolağında İsrail ordusunun təhlükəli yola yönləndirdiyi humanitar yardım yük maşını yemək almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza hökumətinin media ofisi İsrailin yardımların bölgəyə girişini məhdudlaşdırmasının humanitar böhranı dərinləşdirdiyini və xaos yaratdığını bildirib
Netanyahunun Qəzza Zolağının tamamilə işğalına dair xəbərlərə cavab olaraq Hipper bildirib: "Bizim burada mövqeyimiz açıqdır; Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz bir hissəsi olmalıdır."
Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb. Son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.
İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.
Qəzza zolağında aclıq və qidalanma çatışmazlığı səbəbindən son 24 saatda daha 5 nəfər həyatını itirib. Bununla birlikdə aclıqdan ölənlərin ümumi sayı 93-ü uşaq olmaqla, 180 nəfərə çatıb.