#İsrail və Qəzza münaqişəsi

Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.

Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Hökumət Media İdarəsi açıqlama yayıb. Açıqlamaya cəmi üç saat ərzində azı 51 nəfərin həyatını itirdiyi, 648 nəfərin isə yaralandığı bildirilib. Hücum zamanı yardım yük maşınlarından ərzaq toplamağa çalışan mülki şəxslərin qəsdən hədəf alındığı bildirilib.