İran İnqilab Keşikçiləri Korpusu Qəzzada öldürülən HƏMAS komandirləri Məhəmməd Odeh və İzzəddin əl-Həddadı “şəhid” adlandıraraq İsrailə qarşı sərt bəyanat yayıb. SEPAH İsraili “uşaq qatili rejim” kimi xarakterizə edib və onun mövcud olduğu müddətdə Qərbi Asiyada davamlı sülhün mümkün olmayacağını bildirib. Analitiklər hesab edirlər ki, bu açıqlama regionda hərbi qarşıdurma ilə yanaşı ideoloji gərginliyin də dərinləşdiyini göstərir.
#Qəssam Briqadaları
HƏMAS təşkilatı Qəzzada yeni təyin olunmuş hərbi rəhbəri Məhəmməd Odehin İsrail zərbəsi nəticəsində öldüyünü təsdiqləyib. Məlumata görə, hücum Qəzza şəhərində yaşayış binasını hədəf alıb. Hadisə bölgədə davam edən hərbi qarşıdurmalar fonunda baş verib.
HƏMAS Qəssam Briqadalarının rəhbəri İzzəddin əl-Həddadın öldürüldüyünü təsdiqləyib. Qruplaşma hadisənin İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində baş verdiyini iddia edib.
İsrail HƏMAS-ın yüksəkrütbəli hərbi fiqurlarından hesab olunan Əl-Həddadın öldürüldüyünü iddia edib. Məlumata görə, o, son aylarda “Qəssam Briqadaları”nın fəaliyyətinə rəhbərlik edən əsas şəxslərdən biri hesab olunurdu.
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb milli lideri İzzəddin əl-Qəssamın İsrail ərazisində yerləşən məzarını dağıtmaqla hədələyib. Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı onun adını daşıyır. Təxribat xarakterli açıqlamaları ilə tanınan Ben-Qvir “Telegram” hesabında video paylaşaraq təhlükəsizlik qüvvələri və əl-Qəssamın məzarı yaxınlığında namaz qılmaq üçün qurulmuş çadırı sökən kranla birlikdə görüntülənib. İzzəddin əl-Qəssam Suriyada anadan olub.
HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları”, İsrail ordusunun Qəzza zolağında “Gideon arabaları” əməliyyatının ikinci mərhələsinə başlamasına cavab olaraq yeni əməliyyata başlayıb. Bu əməliyyata “Musanın Dəyənəyi” adı verilib. İlk hücumlar İsrail ordusunun əməliyyata başladığını elan etdiyi vaxtla eyni anda Qəzza zolağının şimalındakı Zeytun məhəlləsi və Cəbəliyyə düşərgəsində həyata keçirilib.
İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
HƏMAS, Qəzza zolağında saxlanılan 10 girovun azad olunması ilə bağlı əvvəllər qəbul etdiyi təklifi geri çəkə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə baş verən silahlı qarşıdurma zamanı 5 əsgərin öldüyünü, 14-nün isə yaralandığını açıqlayıb.