Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir

    12 Dekabr 2025 07:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ərəb milli lideri İzzəddin əl-Qəssamın İsrail ərazisində yerləşən məzarını dağıtmaqla hədələyib. Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı onun adını daşıyır. Təxribat xarakterli açıqlamaları ilə tanınan Ben-Qvir “Telegram” hesabında video paylaşaraq təhlükəsizlik qüvvələri və əl-Qəssamın məzarı yaxınlığında namaz qılmaq üçün qurulmuş çadırı sökən kranla birlikdə görüntülənib. İzzəddin əl-Qəssam Suriyada anadan olub.

    1935-ci ildə silahlı toqquşma zamanı öldürülən əl-Qəssam 1948-ci ildə İsrail dövlətinin yaradılmasından əvvəl, Britaniya mandatı dövründə Fələstində britaniyalılara və sionizmə qarşı mübarizə aparıb.

    Əl-Qəssamın məzarı bu gün İsrailin şimalında, Hayfa sahil şəhəri yaxınlığında yerləşən, hazırda Nişer adlanan qəsəbədədir. Sözügedən məzar son illər ərzində dəfələrlə vandalizmə məruz qalıb.

    Ben-Qvir “X” (keçmiş Twitter) platformasındakı hesabında yazıb: “Nişerdə böyük terrorçu İzzəddin əl-Qəssamın məzarı aradan qaldırılmalıdır. Bu istiqamətdə ilk addımı dünən sübh tezdən atdıq”.

    Nazir ötən ilin avqust ayında parlamentdə aparılan müzakirə zamanı da məzarın dağıdılmasına çağırış etmişdi.

    Sağ yönlü “İsrael Hayom” qəzeti yazır ki, təhlükəsizlik qüvvələri məzar ətrafında quraşdırılmış müşahidə kameralarını söküb və ərazini qoruyan şəxsi uzaqlaşdırıb.

    “Agence France-Presse”in sorğusuna cavab olaraq İsrail polisi cümə axşamı baş verən hadisədə iştirak etmədiklərini bildirib və məsələ ilə bağlı sorğunu məzarlıqlara cavabdeh quruma yönləndirib.

    Hadisəyə ilk fələstinli reaksiya HƏMAS hərəkatından gəlib. Hərəkat yaydığı bəyanatda İsrailin milli təhlükəsizlik nazirinin addımını “müqəddəsliklərə qarşı misli görünməmiş təcavüz, müqəddəs dəyərlərin pozulması və ölülərin məzarlarının tapdanması” kimi qiymətləndirib.

    HƏMAS rəhbərlərindən Mahmud Mərdəvi isə baş verənlərin “sadəcə bir məzara hücum deyil, bir xalqın yaddaşını silmək və davam edən mübarizəmizin simvollarından birini yox etmək cəhdi” olduğunu bildirib.

    O əlavə edib ki, “ifratçılıq artıq açıq şəkildə rəsmi dövlət siyasətinə çevrilib və bu vəhşiliyin qarşısının alınması üçün beynəlxalq mövqe tələb olunur”.

    #İzzədin əl Qəssam kimdir? #Əl-Qəssam Briqadaları #Əl-Qəssam məscidi #Qəssam Briqadaları #Qəssam briqadaları rəhbərləri #İsrailli nazir İzzəddin əl-Qəssamın məzarını dağıtmaqla hədələyir #Ben-Qvirdən tarixi məzara qarşı vandallıq çağırışı #Израильский министр угрожает уничтожить могилу Изз ад-Дина аль-Кассама #Вандализм против исторической памяти: Бен-Гвир и угроза разрушения могилы #Israeli Minister Threatens to Destroy Izz ad-Din al-Qassam’s Grave #Political Vandalism: Israeli Minister Targets Historic Arab Leader’s Tomb #Ben-Qvir İzzəddin əl-Qəssamın məzarına qarşı dövlət səviyyəli vandallıqla hədələyir #İsrailli nazir tarixi məzara vandallıq çağırışı etdi #Məzarlara hücum siyasəti: Ben-Qvir əl-Qəssamın qəbrini dağıtmaqla hədələyir #Məzarlara vandallıq beynəlxalq qalmaqala çevrilir: Ben-Qvir əl-Qəssamın qəbrini sökmək istəyir #İzzəddin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəssam briqadalarının iki komandiri əməliyyat zamanı öldürülüb - İsrail

    15 İyul 2026 17:44

    Qəzzada öldürülən HƏMAS liderləri “şəhid” elan olundu

    28 May 2026 21:33

    HƏMAS Qəzzada hərbi rəhbərinin ölümünü təsdiqlədi

    27 May 2026 20:11

    HƏMAS Qəzzada İzzəddin Əl-Həddadın ölümünü təsdiqləyib

    16 May 2026 20:29

    Qəzzada HƏMAS rəhbərliyi ilə bağlı yeni iddialar səsləndirildi

    16 May 2026 18:21

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak

    1 Noyabr 2025 20:56

    Faşist nazir Ben Qvir Fələstinli məhbusların edamı tələb edir

    1 Noyabr 2025 01:00

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45

    Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib

    30 Oktyabr 2025 21:45
    XƏBƏR LENTİ

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    İranın hücumları Hörmüz boğazında sabitlik bərpa olunana qədər davam edəcək - SEPAH komandanı

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    Hörmüz boğazı və Qırmızı dənizlə bağlı risklər neft qiymətlərini yüksəldib

    Oman sahilləri yaxınlığında ticarət gəmisi ilə bağlı insident araşdırılır

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    Tehranın cümə imamı hansı qisas çağırışını edib?

    ABŞ Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsini məhv edib - İran

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.