Bəhreyn İranın pilotsuz uçuş aparatları ilə hava naviqasiya sistemlərinə hücum etdiyini açıqlayıb. Mülki Aviasiya İdarəsi hadisədən sonra təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirib. Qurum hava naviqasiya xidmətlərinin fəaliyyətinin davam etdiyini açıqlayıb. Bəhreyndə uçuşların və hava tranzitinin normal şəkildə həyata keçirildiyi qeyd olunub. Hücumun hava nəqliyyatına ciddi təsir göstərmədiyi bildirilib. İran tərəfi hadisə ilə bağlı açıqlama verməyib. Bölgədə hava və dəniz təhlükəsizliyi ilə bağlı gərginlik davam edir.
#Mülki Aviasiya
ABŞ Federal Mülki Aviasiya İdarəsi Boeing şirkətinə 737 MAX və 787 təyyarələri üzrə uçuşa yararlılıq sertifikatlarını yenidən vermək səlahiyyəti tanıyıb. Qərarın gələn həftədən qüvvəyə minəcəyi bildirilib. Qurum bunu uzunmüddətli təhlükəsizlik və keyfiyyət yoxlamalarının müsbət nəticələri ilə əsaslandırıb. Boeing bundan sonra sertifikatları Federal Mülki Aviasiya İdarəsinin nəzarəti altında rəsmiləşdirəcək. Bu addım şirkətin istehsal gücünü artırmasına imkan yarada bilər. Boeing 2019-cu ildə 737 MAX qəzalarından sonra bu səlahiyyətdən məhrum edilmişdi. Daha sonra 2022-ci ildə 787 proqramında istehsal qüsurlarına görə eyni qərar qəbul olunmuşdu. Yeni qərar Boeing-in fəaliyyətinə inamın bərpa olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
İran hökuməti ölkədə tətbiq olunan uçuş məhdudiyyətlərini ləğv edərək hava nəqliyyatı fəaliyyətinin yenidən normal rejimə qaytarıldığını açıqlayıb. İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Əbuzər Şirudinin sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və aidiyyəti qurumlarla koordinasiya başa çatdıqdan sonra bu qərar qəbul olunub. Son günlər hərbi gərginlik səbəbindən daxili uçuşlar dayandırılmış və hava məkanının bir hissəsi bağlanmışdı. Yeni qərar mülki aviasiya fəaliyyətinin bərpasına imkan yaradır. Bununla yanaşı, İran rəsmiləri təhlükəsizlik tədbirlərinin davam etdiyini və vəziyyətin nəzarətdə saxlanıldığını bildirirlər. Aviasiya sektorunda normal fəaliyyətin mərhələli şəkildə bərpa olunacağı gözlənilir.
İranda bütün daxili uçuşların dayandırılması və ölkənin qərb hissəsində yerləşən hava məkanının bağlanması bölgədə artan təhlükəsizlik narahatlıqlarının yeni göstəricisi kimi qiymətləndirilir. Son günlər baş verən hərbi hadisələr və müxtəlif şəhərlərdə qeydə alınan partlayışlardan sonra aviasiya sahəsində əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub. Rəsmi məlumatlara görə, bütün daxili reyslər növbəti bildirişədək ləğv edilib və qərb istiqamətində hava hərəkətinə məhdudiyyət qoyulub. Hələlik məhdudiyyətlərin nə qədər davam edəcəyi açıqlanmayıb. İran hakimiyyəti vəziyyəti izlədiyini və hava nəqliyyatı ilə bağlı növbəti qərarların təhlükəsizlik qiymətləndirmələri əsasında veriləcəyini bildirir.
İsrailin mülki aviasiya rəsmisi Şmuel Zakay Ben Qurion beynəlxalq hava limanının faktiki olaraq “ABŞ hərbi bazasına” çevrildiyini bildirib. Onun sözlərinə görə, hava limanında artan hərbi fəaliyyət xarici aviaşirkətlərin İsrailə geri dönüşünü gecikdirir və aviabiletlərin bahalaşmasına səbəb olur. Zakay bu vəziyyətin İsrail aviaşirkətlərinin maliyyə sabitliyinə ciddi təhlükə yaratdığını vurğulayıb. O, ABŞ hərbi təyyarələrinin digər bazalara köçürülməsini təklif edib.
İranın "Təsnim" xəbər agentliyinin verdiyi məlumata görə, sabah — çərşənbə günündən etibarən ölkədə daxili aviareyslərin fəaliyyəti yenidən bərpa ediləcək. İran Hava Yollarından (Iran Air) verilən rəsmi açıqlamada bildirilib ki, tam 50 günlük fasilədən sonra ilk daxili uçuş sabah çərşənbə günü Tehran-Məşhəd marşrutu üzrə həyata keçiriləcək
İranın İsfahan əyalətindəki Şəhid Beheşti Beynəlxalq Hava Limanı bir aydan çox fasilədən sonra daxili və beynəlxalq uçuşları bərpa edib.
Türkiyə və Mavritaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb