“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
#rüsumlar
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
ABŞ Prezidenti Donald Tramp İndoneziya ilə yeni ticarət razılaşmasının əldə olunduğunu elan edib.
Avropa İttifaqı (Aİ), Brüssel ilə Vaşinqton arasında razılaşma əldə olunmasa, ABŞ məhsullarına qarşı 21 milyard avro dəyərində gömrük rüsumları tətbiq etməyə hazırdır.
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-la razılığa gələcəklərinə və Meksika mallarına idxal rüsumlarının tətbiqinin qarşısını ala biləcəklərinə əmin olduğunu bildirib.
Meksika hökuməti ABŞ-ın ölkəyə qarşı 30 faizlik gömrük rüsumları tətbiq edilməsi ilə bağlı qərarını ədalətsiz hesab edir və vəziyyətin nizamlanması ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparır.
ABŞ Meksika və Avropa İttifaqı (Aİ) ölkələrindən idxal olunan mallara 30 faizlik gömrük rüsumları tətbiq edib.
ABŞ avqustun 1-dən etibarən Əlcəzair, Liviya və İraq da daxil olmaqla bir sıra ölkələrdən idxal olunan bütün mallara rüsum tətbiq edəcək.
Amerika Birləşmiş Ştatları BRİKS təşkilatının üzvlərinə qarşı 10 faiz həcmində idxal rüsumları tətbiq edəcək.
ABŞ Prezidenti Donald Tramp ticarət rüsumlarının qüvvəyə minməsinin artıq təxirə salınmayacağını bəyan edib. Hazırda bu qərarın avqustun 1-də qüvvəyə minməsi planlaşdırılır.