Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün hökumətlərarası təqaüd proqramı elan edib. Proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında 11 oktyabr 2004-cü il tarixində imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqavilə əsasında həyata keçirilir.
#ikitərəfli əməkdaşlıq
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək. Rəcəb Tayyib Ərdoğan ilin əvvəlindən etibarən 11 ölkə lideri ilə görüş keçirib və diplomatik təmaslarını davam etdirir. Miçotakis təxminən iki ildən sonra Prezident Kompleksində qəbul olunacaq.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb. Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.
Azərbaycan və İordaniya arasında əməkdaşlıq genişlənir
Türkiyənin ticarət naziri Ömər Bolat 2026-cı ilin fevralında Türkmənistana səfər edəcək. Tədbirin açılış mərasiminə Ömər Bolatın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin qatılması gözlənilir. Sərgi Türkiyədən təxminən 100 şirkət və assosiasiyanı bir araya gətirəcək və türk məhsullarının Türkmənistan bazarında tanıdılması, yeni işgüzar əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyacaq
Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əş-Şəraanın Moskvada görüşəcəyi rəsmən açıqlanıb. Açıqlamaya əsasən, görüş zamanı regiondakı siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin də gündəmdə olacağı qeyd olunub. Putin və Şəraa bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Həmin səfər Bəşşar Əsəd rejiminin 2024-cü ilin sonunda sona çatmasından sonra Əhməd Şəraanın Suriya Prezidenti kimi Rusiyaya etdiyi ilk rəsmi səfər idi.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Liviya Baş Naziri Əbdülhəmid Dibeybə ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bayraktar, Türkiyə–Liviya 22-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) iclasına başçılıq etmək üçün gəldiyi səfərdə Baş Nazir Dibeybə ilə görüşüb.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın konkret sahələr üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yılmaz bildirib ki, danışıqlar zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb. Rəsmi qəbul zamanı Ərdoğanın xanımı Əminə Ərdoğan, həmçinin Malaziya Baş nazirinin xanımı Van Azizah Ismail da iştirak ediblər. Görüş çərçivəsində Türkiyə ilə Malaziya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.