Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
#Yunanıstan etirazları
İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.