Suriya Prezidenti Əhməd Şara, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şara qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var. Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.
#PKK terror təşkilatı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesinin ilin sonuna qədər başa çatdırılacağını bəyan edib. O o, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiklərini, bütün siyasi partiyaların bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.
Türkiyədə “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni mərhələyə keçilir. Gələcək dövrdə PKK-nın İraqın Mahmur və Sincar bölgələrindəki düşərgələrinin boşaldılması, silahlarını təhvil verənlər üçün hüquqi bazanın hazırlanması və terror təşkilatının rəhbər heyətinin Afrika və ya Avropa ölkələrinə göndərilməsi kimi addımlar gündəmdədir.
Türkiyə Milli Müdafiə Nazirliyi, son bir həftə ərzində İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan daha 5 PKK terrorçusunun təslim olduğunu bildirib. Türkiyə Milli Müdafiə Nazirliyi-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşaviri və Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində çıxış edib. Tuğamiral Aktürk, Türkiyə Silahlı Qüvvələrinin ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi üçün həyata keçirdiyi əməliyyatlar və axtarış fəaliyyəti barədə məlumat verib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan komissiyanın ilk iclası sona çatıb. İlk iclas yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 12:40) başlayıb və 8 saat davam edib. Komissiyanın adı “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” olaraq müəyyənləşdirilib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq "Terrorçusuz Türkiyə" Komissiyası avqustun ilk həftəsində fəaliyyətinə başlayacaq. Bu barədə TBMM sədri Numan Kurtulmuş, İsveçrənin Cenevrə şəhərində keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, bəzi media orqanlarında yayılan 700 PKK üzvünün azadlığa buraxılacağı iddialarını qəti şəkildə təkzib edib.
Girdiyimiz bu yol bizi güclü bir Türkiyəyə aparacaq. Bu səbəblə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik. Dövlət ciddiyyətinə uyğun şəkildə bu yolda qətiyyətlə irəliləyirik. Millətimiz də mübarizəmizi yaxından izləməkdədir
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Türkiyənin “Terrorsuz Türkiyə” yolunda əhəmiyyətli addımlar atdığını bildirərək, YPG/PYD-nin bu prosesi ləngitmək və pozmaq cəhdlərini kəskin şəkildə tənqid edib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç PKK terror təşkilatının silah buraxması ilə bağlı prosesə münasibət bildirib.
DEM Partiyası nümayəndə heyəti, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan ilə görüşmək məqsədilə İmralı Adasına səfər edib.
Məclis sədri Kurtulmuş, MHP başqanı Dövlət Bahçelini ziyarət edəcək. Görüşdə “Terrorsuz Türkiyə” prosesinə dair qurulması planlaşdırılan komissiyanın fəaliyyətlərinin müzakirə olunacağı gözlənilir.