Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.
#PKK terror təşkilatı
Fransanın Ankaradakı səfirliyi PKK-nın silahlı mübarizəyə son qoyması ilə bağlı açıqlama yayıb. Səfirliyinin bəyanatında bildirilir ki, təxminən 30 PKK üzvünün tərksilah mərasimi alqışlanır.
Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Pençe-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatına qarşı axtarış və təhlükəsizlik tədbirlərini davam etdirir.
PKK terror təşkilatının silah buraxma prosesinə başlaması ilə birlikdə diqqətlər Ankaranın növbəti addımlarına yönəlib.
PKK-nın bütün qolları silahı buraxmalı və ləğv edilməlidir.
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani, PKK terror təşkilatının tərksilah prosesinin regionda müsbət nəticələr doğuracağını bildirib.
PKK-nın silah buraxması ilə "Terrorsuz Türkiyə" prosesində yeni mərhələ başlayıb və diqqətlər artıq təşkilatın nəzarətində olan əsas düşərgələrə yönəlib.
Terror təşkilatı PKK dünən baş verən toplantı ilə silahlarını təhvil verdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabahki tarixi çıxışı saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00 - red.) başlayacaq.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, PKK terror təşkilatının bir qrup üzvünün silahlarını təhvil verməsi ilə bağlı açıqlama verərək, bu hadisəni "Terrorsuz Türkiyə" hədəfi üçün çox əhəmiyyətli və sevindirici bir addım kimi qiymətləndirib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç PKK-nın tərksilah prosesi ilə bağlı açıqlama verərək bu tarixi mərhələnin diqqətlə izlənildiyini bildirib.
Türkiyənin yarım əsrlik terror bəlasından xilas olması üçün başlatdığı "Terrordan Azad Türkiyə" hədəfi son mərhələsinə qədəm qoyub.