Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / İordaniya
    İordaniya

    İordaniya “Müsəlman Qardaşlar” təşkilatını qeyri-qanuni elan etdi

    24 Aprel 2025 08:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İordaniya “Müsəlman Qardaşlar” təşkilatını qeyri-qanuni elan etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İordaniya hökuməti “Müsəlman Qardaşlar” (İXVAN) təşkilatının fəaliyyətini rəsmi olaraq qadağan edib. Ölkənin daxili işlər naziri Məzən əl-Fəraya çərşənbə axşam saatlarında günü keçirdiyi mətbuat konfransında təşkilatın bütün fəaliyyətlərinin qanunsuz elan edildiyini bildirib. Qərara əsasən, təşkilata aid bütün ofis və qərargahlar bağlanacaq, hətta digər qurumlarla birgə istifadə olunan məkanlar belə fəaliyyətini dayandırmalıdır.

    Nazir həmçinin xəbərdarlıq edərək bildirib ki, təşkilata üzv olmaq, onun ideologiyasını yaymaq və mediada bu mövzuda paylaşımlar etmək qadağandır. Təşkilatın əmlaklarının müsadirəsi ilə bağlı yaradılmış xüsusi komissiyanın işi sürətləndirilib.

    Rəsmi qərara “Müsəlman Qardaşlar” cavab verməsə də, onun siyasi qanadı olan və parlamentdə onlarla deputatla təmsil olunan “İslami Əmək Cəbhəsi Partiyası” bəyan edib ki, fəaliyyətini tamamilə müstəqil siyasi təşkilat kimi davam etdirəcək.

    Qeyd edək ki, ötən həftə İordaniya təhlükəsizlik orqanları 16 nəfəri saxlayıb. Onlar ölkədə raket və pilotsuz uçuş aparatları hazırlamaq, partlayıcılar saxlamaq və xaricdə təlimlər təşkil etməkdə ittiham olunurlar. HƏMAS bu şəxslərin Fələstinə dəstək məqsədi ilə hərəkət etdiyini və İordaniyaya qarşı təhdid olmadığını bildirib.

    Daxili işlər naziri əlavə edib ki, “Müsəlman Qardaşlar” 2020-ci il məhkəmə qərarı ilə artıq ləğv edilsə də, son dövrlər gizli şəkildə fəaliyyətlərini davam etdirib və ölkənin sabitliyini pozmağa çalışıblar.

    Eyni zamanda, mənbələr bildirir ki, hökumət bu qərardan sonra təşkilatla əlaqəli “İordaniya Müəllimlər İttifaqı” məsələsində də addımlar ata bilər. Qeyd edək ki, bu ittifaq 2020-ci ildə fəaliyyətini dayandırıb, lakin son seçkilərdə təşkilat və onun partiyası 460 min səs toplayaraq güclü ictimai dəstək göstərib.

    #İxvan-i Müslimin #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #Müsəlman Qardaşları İordaniya #Müsəlman Qardaşları və İordaniya hakimiyyəti arasında böhran #İordaniyada İxvanın hüquqi statusu nədir? #Müsəlman Qardaşları və Suriya #İordaniya İxvanı 2025 #İordaniyada İxvan böhranı #İxvan HƏMAS əlaqəsi #İordaniyada etirazlar və İxvan #İxvan siyasi ritorikası #İxvan partiyası və təhlükəsizlik məsələləri #İordaniya kral ailəsi və İxvan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?

    17 Avqust 2026 10:14

    İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc

    15 Avqust 2026 07:50

    Qəzzada yeni güc balansı: Xalid Məşəl və "İxvan" oxu İranın boşluğunu necə doldurur?

    5 Aprel 2026 12:00

    Ümumi qadağadan dəqiq hədəfləməyə: ABŞ-ın İxvan strategiyası

    28 Dekabr 2025 20:00

    HƏMAS rəhbərləri Qətəri tərk edərək Türkiyəyə gedir?

    11 Sentyabr 2025 13:46

    Əl-Əzhərin Qəzza bəyanatı niyə silindi? Siyasi təzyiqlər, yoxsa diplomatik ehtiyat?

    25 İyul 2025 10:36

    Küveyt xeyriyyə ianələrinə nəzarəti gücləndirdi – Yeni qanun qüvvədədir

    2 İyul 2025 11:06

    ABŞ-ın etibarsızlığı Qahirəni yeni oyunçulara yaxınlaşdırır

    26 May 2025 09:00

    Makronun Yeni Hədəfi: Müsəlman Qardaşlar

    22 May 2025 22:00

    İordaniyada “Müsəlman Qardaşlar” qadağası: Səudiyyə Ərəbistanına jest, yoxsa İsrailə güzəşt?

    1 May 2025 09:00

    HƏMAS-la əlaqələr, ittihamlar və etirazlar: İordaniyada İxvanın rəsmi gələcəyi necə olacaq

    23 Aprel 2025 18:04

    Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?

    14 Aprel 2025 22:00
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.