Roskosmos agentliyinin iki rusiyalı kosmonavtı 27 may 2026-cı ildə Beynəlxalq Kosmik Stansiya xaricində yeni açıq kosmos missiyası həyata keçirməyə hazırlaşır. Missiya elmi tədqiqatların davam etdirilməsi və orbital laboratoriyanın texniki dayanıqlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
#kosmik missiya
Dünyanın ən güclü kosmik raketi kimi tanınan Starship, Texas ştatındakı Starbase-dən yerli vaxtla 18:30-da buraxılıb. Səkkiz süni Starlink peykini daşıyan raketin birinci mərhələ gücləndiricisi Super Heavy, buraxılışdan sonra Meksika körfəzinə planlaşdırıldığı kimi enib. Starship, səkkiz süni peyki orbitə yerləşdirmək və Raptor mühərrikini kosmosda yenidən işə salmaq missiyalarını uğurla icra edib. Raket buraxılışdan təxminən bir saat sonra Hind okeanına enib.
Sənədə əsasən nəqliyyat nazirinə kosmik buraxılış və yenidən giriş lisenziyaları üçün ekoloji yoxlamaları sürətləndirmək və ya ləğv etmək tapşırılıb. Məqsəd 2030-cu ilə qədər yeni kosmik fəaliyyətlərin və buraxılış tezliyinin artırılması ilə ABŞ-ın kosmosdakı mövqeyini möhkəmləndirməkdir. Bəyanatda bildirilib ki, köhnəlmiş və məhdudlaşdırıcı qaydalar ləğv olunacaq, kommersiya lisenziyası və icazə prosesləri sadələşdiriləcək. Kosmos limanı layihələrinin qiymətləndirilməsi ticarət nazirinə həvalə ediləcək və bu proses Müdafiə, Nəqliyyat Departamentləri, eləcə də NASA ilə əlaqələndiriləcək.
Blue Origin-in rəsmi saytında və sosial media platformalarında canlı yayımlanan uçuşda Erdemə ABŞ, Puerto Riko, Böyük Britaniya və Hindistandan olan iştirakçılar qoşulub. Təxminən 11 dəqiqə davam edən səyahət zamanı ekipaj Karman xəttini keçərək mikroqravitasiya şəraitini təcrübədən keçirib.
Marsda 16 min kilometrə qədər uzanan qədim çay yataqları aşkar edilib.
NATO kosmik sahədə ilk kommersiya strategiyasını təsdiqləyib.