Azərbaycan ilə İran İslam Respublikası arasındakı münasibətlər Cənubi Qafqaz və Yaxın Şərqin geosiyasi xəritəsində ən mürəkkəb və çoxqatlı düyünlərdən birini təşkil edir. Burada əsrlərlə formalaşmış tarixi və mədəni bağlar, iqtisadi maraqlar, kəskin təhlükəsizlik məsələləri və ideoloji qarşıdurmalar bir-birinə qarışır. Xatırladaq ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ardıcıl şəkildə Tehranla mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün çalışıb. Fəqət bu yol təkcə əməkdaşlığın gülləri ilə deyil, həm də etimadsızlıq, şübhəçilik və İranın təsirli dairələrindən açıq müqavimətin tikanları ilə dolu olub. Bu təhlilin məqsədi həmin ziddiyyətlərin düyünlərini açmaq, obyektiv çətinlikləri süni yaradılmış problemlərdən ayırmaq və göstərməkdir ki, mövcud gərginliklərə baxmayaraq, İran üçün strateji maraq qarşıdurmada deyil, Bakı ilə çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsindədir.
#Cənubi Qafqaz
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bubarədə dövlət başçısının "Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib.
Cənubi Qafqazda sülh və sabitlik İran üçün əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İranın Cənubi Qafqaz ölkələri ilə yaxşı münasibətləri var. İran region ölkələri arasında ikitərəfli əməkdaşlığın və sülhün möhkəmlənməsinə kömək edə biləcək istənilən addımı dəstəkləməyə hazırdır. Bəqai bildirib ki, İran Cənubi Qafqazdakı prosesləri tam ciddi şəkildə izləyir. Heç bir məsələni kiçiltmir və sadələşdirmir. Ölkədə bəzi təhlillərdən və yanlış məlumatların yayımlanmasından çəkinmək lazımdır. Bəzi təhlillər yanlış məlumatlara əsaslanır və İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərin korlanması məqsədini güdə bilər. İran XİN ölkədə yanlış anlaşılmazlığa səbəb ola biləcək ifadələr və terminlərdən istifadə olunmamasını tövsiyə edir.
İran Cənubi Qafqazda, qonşu və region ölkələri arasında gərginliyin azaldılması, dostluq və səmimi münasibətlərin qurulması üçün istənilən əməkdaşlıq və anlaşmanı müsbət qarşılayır.
Türkiyə Prezidentinin Administrasiyası nəzdində İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran, Azərbaycan ilə Ermənistan arasında imzalanan sülh bəyannaməsini dəyərləndirərək, “Bu, Cənubi Qafqazda davamlı sülh üçün mühüm mərhələdir və bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq” – deyə bildirib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək. Sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib. Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.
Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.
“Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Ermənistan və Azərbaycan arasında sülh və münaqişənin həlli ilə bağlı müqavilənin imzalanmasını dəstəkləyirik və tərəfləri buna təşviq edirik.”
Türkiyə yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.