#Cənubi Qafqaz

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib. Təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər. “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib.

Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziri Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) Baş katibi Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderland Baş nazirinin Milli təhlükəsizlik müşavirinin müavini Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.

Orta Dəhliz - sadəcə nəqliyyat marşrutu deyil: o, innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı stimullaşdırır. Bunu ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Alan Pörsell Avropa İttifaqı-Gürcüstan Biznes Şurası tərəfindən təşkil olunan “Qara dəniz Platforması” illik konfransında bildirib. O, Orta Dəhlizdə – Mərkəzi Asiyanı dünya bazarları ilə birləşdirən əsas ticarət marşrutunda – Gürcüstanın mühüm rolunu vurğulayıb.