Akdeniz Universiteti Tibb Fakültəsinin dosenti Dr. Əli Ərdoğan, insanların zamanla səhər yuxudan oyanmaq üçün qurulan saat siqnalının monoton səsinə alışdığını və bunun oyanma çətinliyinə səbəb olduğunu açıqlayıb. Dr. Ərdoğan bildirib ki, beyin daimi eyni stimula məruz qaldıqda buna reaksiya verməyi dayandırır. “Zəngli saat çalır, lakin insan oyanmaqda çətinlik çəkir. Bunun əsas səbəbi beynin monoton səslərə laqeyd qalmasıdır,” – deyə o qeyd edib. Dr. Ərdoğan gündəlik həyatın rutinlərdən ibarət olmasının həm müsbət, həm də mənfi tərəfləri olduğunu vurğulayıb. O, məktəbə və ya işə getmək kimi öhdəliklərin vacib olduğunu, lakin yalnız rutinin psixi sağlamlıq üçün yetərli olmadığını bildirib. “Monotonluq artdıqda psixi sağlamlıq problemləri ortaya çıxa bilər. Buna görə kiçik dəyişikliklər etmək çox vacibdir,” – deyə Ərdoğan əlavə edib.
#Psixoloji dözümlülük
Sosial mediada son dövrlərdə populyarlaşan “Yapon yürüşü” adlı fitness metodu, həm fiziki gücü artırmaq, həm də zehni sağlamlığı dəstəkləmək baxımından mütəxəssislərin diqqətini cəlb edib.
Yeni elmi araşdırma göstərib ki, uzun müddət intensiv yas tutan şəxslər sevdiklərinin ölümündən sonrakı on il ərzində daha yüksək ölüm riski ilə üz-üzə qalır.
Yürüş vərdişinin sağlamlığa təsiri ilə bağlı aparılan yeni tədqiqat, gündə cəmi 7 min addım atmağın demans, ürək-damar xəstəlikləri, xərçəng və tip 2 şəkərli diabet kimi bir sıra ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub.
İngiltərə hökuməti, 16 yaşadək uşaqları ekran asılılığından və zərərli onlayn məzmunlardan qorumaq məqsədilə sosial media istifadəsinə gündəlik iki saatlıq limit və gecə istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.