ABŞ-da səfir səviyyəsində keçirilən iki raund görüşdə İsrail və Livanın Vaşinqtondakı səfirləri, eləcə də amerikalı siyasətçilər iştirak edib. Görüşlərin məqsədi gələcəkdə birbaşa danışıqlara zəmin yaratmaq kimi qiymətləndirilir.
#ABŞ vasitəçiliyi
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.
Qətər, Misir və ABŞ İsrail və HƏMAS-a yaxın günlərdə Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı razılaşma imzalamaq üçün təzyiq göstərir.