İraqın Koordinasiya Çərçivəsi daxilindəki rəqabət yeni Baş nazirin təyin edilməsi prosesində siyasi dalana səbəb olub. Blok daxilində həm seçim mexanizmi həm də nazirlik postlarının bölünməsi ilə bağlı ciddi fikir ayrılıqları davam edir. Mənbələrin verdiyi məlumata görə son günlərdə bir neçə dəfə təxirə salınan iclasda üzv blokların seçki çəkisi və ya bütün tərəflərin qəbul edəcəyi kompromis namizəd üzərində razılığa gəlmək cəhdləri göstəriləcək.
#Koordinasiya Çərçivəsi
Çərşənbə günü yayılan Amerika hesabatlarına görə, İraq hökumətinin İrana sadiq silahlı qruplaşmaları tərksilah etmək səylərinin ləngiməsi fonunda Vaşinqton İraqın neft gəlirlərindən ibarət təxminən 500 milyon dollarlıq naqd pulun Bağdada köçürülməsini dayandırmış ola bilər. İraqın neft gəlirləri və pulları İraq banklarına daxil olmazdan əvvəl ABŞ-ın Federal Ehtiyat Bankına (FED) köçürülür. 2003-cü ildən bəri bir-birini əvəz edən ABŞ prezidentləri İraqın Federal Bankdakı vəsaitlərini və aktivlərini məhkəmə təqiblərindən və ya üzərinə həbs qoyulmasından qorumaq məqsədilə icraedici sərəncamlar imzalayırlar.
İraqda seçkilər ərəfəsində Baş nazir Məhəmməd Şiə əs-Sudaninin yenidən hökumət başçısı kimi qalmaq ehtimalı siyasi dairələrdə əsas müzakirə mövzusudur. “İnşaat və İnkişaf Alyansı” əs-Sudani üçün ikinci müddətin mümkün olduğunu bildirir, lakin Koordinasiya Çərçivəsi daxilində nüfuzlu siyasi fiqurlar bunun real olmadığını düşünür. Səbəb kimi şiə siyasi bloklarında illərdir tətbiq edilən daxili razılaşma mexanizmi göstərilir. Bu mexanizm Baş nazir seçiminin parlament çoxluğu ilə deyil, siyasi razılıq əsasında formalaşdığını göstərir.
Müqtəda əs-Sədr korrupsiyaya etiraz olaraq 2025-ci il İraq parlament seçkilərini boykot etdiyini açıqlayıb və siyasi səhnədən müvəqqəti çəkildiyini bəyan edib.