Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib. “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Hava Yolları (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib
#Ciddə
Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Xidmətləri naziri Saleh bin Nasir əl-Cassir Ciddədə “Agility Logistics” şirkətinə məxsus yeni logistika kompleksinin açılışını edib. Səudiyyə mətbuat agentliyinin (SPA) məlumatına görə, layihənin dəyəri 611 milyon Səudiyyə rialı (təxminən 163 milyon dollar) təşkil edir. Kompleks, “Agility Logistics Parks” tərəfindən inşa edilən və müasir logistika standartlarına uyğun altı “A sinfi” anbarı özündə birləşdirir.
İstanbuldan Ciddəyə uçmaq üçün hazırlıq görən sərnişin təyyarəsində bir sərnişinin “təyyarədə bomba var” deməsi panikaya səbəb olub. Hadisə ilə bağlı təyyarəyə çağırılan polis qrupları tərəfindən aparılan axtarışlar nəticəsində həyəcan siqnalının əsassız olduğu müəyyən edilib. İstanbul Hava Limanından SV278 reysi ilə Ciddəyə uçmağa hazırlaşan Saudia Airlines şirkətinə məxsus Airbus A321 tipli sərnişin təyyarəsində bomba xəbəri yayılıb. Uçuşdan əvvəl sərnişinlər arasında olan bir nəfərin “təyyarədə bomba var” deməsi nəticəsində kabin heyəti dərhal məsələni kapitan pilota çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.
Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısı çərçivəsində Cibutinin xarici işlər naziri Əbdülqədir Hüseyn Ömər ilə görüşüb. Görüşdə tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edərək, İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Nazir Fidan, Türkiyə-Cibuti əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı səylərin vacibliyini qeyd edib. Görüşdə həmçinin İƏT-in regional sabitlik və sülhün təmin edilməsindəki roluna toxunulub.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən fövqəladə iclasında sədrliyə Hakan Fidan rəhbərlik edib. Nazir Fidan iclasda çıxış edərək, Fələstin xalqının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini qeyd edib. O, İsrailə qarşı koordinasiyalı və güclü təzyiqin vacibliyini vurğulayaraq, Qəzzanın gələcəyə hazırlanması üçün ərəb-İslam dünyasının əlindən gələni etməli olduğunu bildirib. Fidan həmçinin İsrailin Fələstinlərə qarşı hücumlarının regionda sabitliyi pozan daha geniş bir planın bir hissəsi ola biləcəyini ifadə edərək, Netanyahu rejiminin Suriya, Livan və İrana qarşı həyata keçirdiyi qeyri-qanuni əməliyyatların Yaxın Şərqdə ciddi təhdidlər yarada biləcəyini diqqətə çatdırıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısında iştirak etdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Misirin xarici işlər naziri Bədr Abdulati ilə görüşüb.
ÜST bu günədək Səudiyyə Ərəbistanında daha 14 şəhərə sağlam şəhər statusu verib. Bu şəhərlərə Taif, Tabuk, Əd-Diriyə, Unayzə, Cəlacəl, Əl-Məndəq, Əl-Cumum, Riyad əl-Xubra və Şarura daxildir.
Səudiyyə Ərəbistanı Nazirlər Şurası, vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə Ciddə şəhərində keçirilən iclasında, qeyri-səudiyyəlilərin daşınmaz əmlak əldə etməsinə dair yenilənmiş qanunu təsdiqləyib.