#Nasist Almaniyası

Faşist Almaniyasında sıravi bir hərbi birləşmə olmaqdan çox, özünəməxsus gizli ritualları, rəmzləri, adətləri və daxili okkultizmə (gizli elmlərə) əsaslanan fəlsəfəsi ilə qapalı bir təriqəti xatırladan SS (Schutzstaffel — Mühafizə Dəstələri) təşkilatı, Üçüncü Reyxin törətdiyi ən ağır bəşəri cinayətlərin birbaşa icraçısı olmuşdur. Təşkilatın kiçik bir mühafizə dəstəsindən qlobal bir qorxu imperiyasına çevrilməsi, Almaniyanın Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonrakı ağır sosial-iqtisadi böhran dövrünə təsadüf edir.

16 dekabr 1938-ci il tarixində Adolf Hitler “Ana Xaçı”nı təsis etdi. Məqsəd, “təmiz” alman qanına malik qadınları daha çox uşaq dünyaya gətirməyə təşviq etmək və Üçüncü Reyxin əhalisini artırmaq idi. Medal üç kateqoriyaya bölünürdü: Bürünc (4–5 uşaq), Gümüş (6–7 uşaq) və Qızıl (8 və daha çox uşaq). “Ana Xoşbəxtliyi” medalı almaq üçün qadınlar nasist ideologiyasına uyğun olmalı, “təmiz” alman qanını sübut etməli, sağlamlıq baxımından təmiz olmalı və uşaqlarına nasist prinsiplərini aşılaya bilməli idilər. 1938–1944-cü illər arasında 3 milyondan çox alman anası bu medalla təltif edildi.