#Çexiya

Çexiya hakimiyyəti, Fransa tərəfindən barəsində beynəlxalq axtarış və həbs qərarı çıxarılan bir israilli ehtiyat hərbçini Praqadakı Vaclav Havel Beynəlxalq Hava Limanında bir neçə saat saxladıqdan sonra ölkədən çıxarıb. İsrailin Yediot Ahronot qəzetinin məlumatına görə, adı açıqlanmayan hərbçi Qəzza və Livandakı hücumlarda iştirak etdiyi iddiası ilə Fransada axtarışa verilib. O, Fransa ərazisinə heç vaxt daxil olmadığını, lakin Fransız hakimiyyət orqanlarının haqqında beynəlxalq həbs qərarı çıxardığını bildirib.

İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.