Çoxları dramatik və aydın bir mənzərə gözləyirdi: "Ali Rəhbər" Əli Xameneinin ölümündən dərhal sonra İran rejiminin süqutu, yaxud Bəşər Əsədin qaçışından sonra olduğu kimi strukturun qəfil dağılması, yaxud Nikolas Maduronun həbsindən sonra Delsi Rodriqezin etdiyi kimi "yaxın çevrədən" birinin çevriliş edərək Vaşinqtonla sövdələşməyə getməsi.
#Bəşşar Əsəd rejimi
İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.
Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani Rusiyanın uzun illər dəstək verdiyi Bəşşar Əsəd rejimini niyə tərk etdiyini ilk dəfə bütün detalları ilə açıqlayıb. Şeybaninin açıqlamasına görə, rejimə qarşı mübarizənin intensivləşdiyi dövrdə Suriya tərəfi Rusiyanın yüksək səviyyəli nümayəndəsi ilə görüşlərə başlayıb. Şeybani bu şəxsin sanki Vladimir Putinlə birbaşa danışırmış kimi təsir yaratdığını bildirib.
Rusiyaya qaçan Əsəd ailəsinin Rusiyanın elit təbəqəsinin yaşadığı Rublyovka bölgəsində məskunlaşdığı, lüks, lakin təcrid olunmuş həyat sürdüyü, Əsma Əsədin leykoz xəstəliyini yendiyi, Bəşşar Əsədin isə tibbi biliklərini yeniləmək üçün dərslər aldığı və rus dili öyrəndiyi iddia olunub.
Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.
Sabiq Suriya prezidenti Bəşşar Əsədin hökuməti iki il ərzində minlərlə cəsədi gizli şəkildə bir kütləvi məzarlıqdən başqa bir uzaq səhralıq əraziyə köçürüb. Məqsəd - illərlə davam edən qətliamların izlərini ört-basdır etmək olub.2019–2021-ci illər arasında “Torpağın daşınması əməliyyatı” adlandırılan bu proses zamanı Dəməşq yaxınlığındakı Qətifə bölgəsində yerləşən kütləvi məzarlıqdan cəsədlər Zəmir səhrasında yaradılmış yeni gizli məzarlığa daşınıb
Suriyanın ilkin baxışı atəşkəs razılaşmasının icrasını təsdiqləmək və ya ona bənzər yeni bir razılaşma əldə etmək, sonra isə siyasi proses başlatmaq idi. Bu proses nəticə etibarilə sülh sazişinə və bəlkə də “İbrahim razılaşmalarına” qoşulmağa gətirib çıxara bilərdi. Amma nəzərə almaq lazımdır ki, Suriya bu razılaşmalara qoşulan digər ərəblərdən fərqlidir: Suriyanın işğal altında olan torpağı – Colan var, İsraillə təmas xətləri var, İsrail ordusu isə Suriyanın dərinliklərinə soxulub. Buna görə də Dəməşq açıq şəkildə bildirdi ki, prioritet – atəşkəs razılaşması və ya ona bənzər bir sazişdir.
Ötən il dekabrın 8-dən sonra Türkiyədən ümumilikdə 474 min 18 suriyalı öz ölkələrinə geri qayıdıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, Suriyada baş verən son hadisələrdən sonra könüllü geri dönüş prosesi sürətlənib. “2024-cü il dekabrın 8-dən sonra baş verən hadisələrlə birlikdə könüllü geri dönüşlər daha da artdı. Bu tarixdən etibarən 474 min 18 suriyalı geri qayıtdı. 2016-cı ildən bəri isə ümumilikdə 1 milyon 213 min 620 nəfər könüllü şəkildə ölkəsinə dönüb” – deyə, A. Yerlikaya qeyd edib.
Almaniyadan Suriyaya qayıdan qaçqınların sayı, keçmiş prezident Bəşşar Əsəd rejiminin devrilməsindən sonra yavaş-yavaş artır. Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun sonunadək 1 867 suriyalı qaçqın hökumətin maliyyələşdirdiyi proqram çərçivəsində vətəninə dönüb. Müqayisə üçün, may ayının sonunadək bu dəstəkdən cəmi 804 nəfər istifadə etmişdi. Bundan əlavə, Almaniyanın bəzi əyalətləri də Suriyaya dönüşü maliyyələşdirən xüsusi proqramlar təqdim edir. Dövlət dəstəyi olmadan könüllü şəkildə qayıdan suriyalılar da var. Əsədin 8 dekabr gecəsi devrilməsindən sonra geri dönüşlər əsasən qonşu ölkələrdən – Türkiyə, Livan, İordaniya və İraqdan həyata keçirilib.
Paris Cinayət Məhkəməsinin İnsanlığa Qarşı Cinayətlər üzrə Bölməsi Suriyanın Hums vilayətində 2012-ci ildə baş verən hücumla bağlı qərar qəbul edib. Məhkəmə devrilmiş BƏƏS rejiminin lideri Bəşşar Əsədin də aralarında olduğu yeddi keçmiş yüksək vəzifəli şəxs barəsində həbs qərarı çıxarıb. Bildirilib ki, adıçəkilən şəxslər fransalı və xarici jurnalistlər Remi Oşlik, Edit Buvye, Meri Kolvin, Pol Konroy və tərcüməçi Vail əl-Omarın əleyhinə müharibə və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.
Suriyanın qonşu ölkələrində yaşayan təxminən 850 min qaçqın vətəninə geri dönüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müavini Kelli Klements məlumat verib. Onun sözlərinə görə, ötən ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra suriyalıların geri dönüş prosesi sürətlənib. Klements əlavə edib ki, yaxın həftələrdə bu rəqəmin 1 milyona çatacağı gözlənilir.
Türkiyədən öz ölkələrinə könüllü şəkildə geri dönən suriyalıların sayı 450 min 169 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Yerlikaya qeyd edib ki, ötən ilin 8 dekabrından etibarən Suriyaya qayıdış müraciətləri artıb və həmin dövrdən indiyədək 450 min 169 nəfər könüllü şəkildə vətəninə dönüb.