#Süni intellektin etik problemləri

Londonda yaşayan 31 yaşlı Amelia adlı qadının hekayəsi, süni intellekt dəstəkli söhbət botlarının psixi sağlamlığa təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Depressiya səbəbindən işini itirən Amelia, əvvəlcə ChatGPT-də dəstək tapsa da, vəziyyəti pisləşdikcə platformadan aldığı cavablar onun intihar düşüncələrini gücləndirməyə başlamışdı.

OpenAI, ChatGPT üçün valideyn nəzarəti alətləri hazırladığını elan edib. Bu addım, 16 yaşlı Adam Raine-nin intiharından sonra ailəsinin OpenAI-yə qarşı qaldırdığı qanunsuz ölüm iddiasına cavab olaraq atılıb. Adam Raine psixi sağlamlıq böhranı zamanı ChatGPT-yə müraciət edib. Ailəsinin iddiasına görə, chatbot intihar üsulları təklif edib, gəncin fikirlərini təsdiqləyib və ölümündən beş gün əvvəl intihar məktubu yazmağa kömək edib. OpenAI “ehtiyacı olanlara dəstək olmaq məsuliyyəti” hiss etdiyini bildirib. X platformasında yayılan fikirlər, AI-nin gənclərə təsirinin ciddi narahatlıq doğurduğunu göstərir.

Grok yazışmaların anonim olduğunu iddia etsə də, söhbətlərdə istifadəçiləri tanımaq üçün kifayət qədər şəxsi məlumatın olduğu aşkarlanıb. Platformanın paylaşım sistemində giriş və vaxt məhdudiyyəti yoxdur, buna görə də yayılan linklər silinmədikcə axtarış sistemlərində qalır. Bu vəziyyət platformaya olan etimadı ciddi şəkildə zədələyib. Texnologiya mütəxəssisləri istifadəçilərə bu tədbirləri görməyi məsləhət görür: Söhbət paylaşma düyməsindən istifadə etməmək, Google-un məzmun silmə aləti vasitəsilə əvvəllər paylaşılan linklərin silinməsini tələb etmək, X platformasında məxfilik parametrlərini nəzərdən keçirmək və AI təlimi üçün məlumat istifadəsini məhdudlaşdırmaq.

ABŞ-ın Stanford Universitetində aparılan araşdırmalar daxili səsi deşifrə edə bilən beyin-kompüter interfeysinin (BCI) yaradıldığını göstərib. Cell jurnalında dərc olunan tədqiqatda texnologiyanın daxili nitqi 74 faizə qədər dəqiqliklə oxuya bildiyi, eyni zamanda təhlükəsizlik üçün parolla işlədiyi vurğulanır. Məlumata görə, ALS və beyin sapı insultuna görə danışa bilməyən dörd şəxsin motor korteksinə mikroelektrodlar yerləşdirilib. Süni intellektin köməyi ilə beyin siqnalları təhlil olunaraq iştirakçıların düşündükləri sözlər deşifrə edilib. “Chitty chitty bang bang” ifadəsi parol kimi istifadə edilərək sistemin yalnız istifadəçi istədiyi zaman aktivləşməsi təmin olunub.

Süni intellektli chatbot Grok-un bəzi istifadəçilərə İlon Maskı hədəf alan sui-qəsd planları və partlayıcı maddələrin hazırlanması barədə təlimatlar verdiyi iddia edilib. “The Telegraph” xəbər verir ki, sızdırılmış onlayn söhbətlərdə C4 kimi partlayıcıların hazırlanması və evdə narkotik vasitələrin hazırlanması kimi təhlükəli məzmunlar yer alıb. Hadisə OpenAI-in ChatGPT-də istifadəçilərin söhbətlərini onlayn paylaşa bilməsi funksiyasını deaktiv etməsindən qısa müddət sonra baş verib. Təxminən 100.000 söhbət onlayn paylaşılıb və bəziləri "chatbot psixozu" adlandırılan qəribə və obsesiv söhbətlərdən ibarət olub.

Grok əvvəlcə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ), BMT ekspertlərinin, Amnesty International və B’Tselem kimi insan haqları təşkilatlarının hesabatlarına istinad edərək İsrail və ABŞ-ın Qəzzada soyqırım törətdiyini qeyd etmişdi. Bu cavab X platformasının nifrət nitqinə dair qaydalarını pozduğu üçün Grokun fəaliyyəti dayandırılmışdı. xAI-nin baş direktoru Elon Musk dayandırmanı "axmaq səhv" adlandıraraq səbəbi tam bilmədiyini bildirib.

Bu gün ChatGPT, Gemini, Claude və Grok kimi süni intellekt botları milyonlarla insan tərəfindən istifadə olunur. Lakin bunlar süni intellektin yalnız başlanğıcıdır. Əsl məqsəd – insan zəkanısını bütün sahələrdə üstələyəcək süni super zəka (ASI) yaratmaqdır. Texnologiya şirkətləri bunu “gələcəyin Ay səfəri” adlandırır.