#Qazaxıstan

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 21-də "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz artaraq, 28 milyon 976 min 60 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq, 3 milyon 301 min 83 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söyləyib.

İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib, yeni imkanlar araşdırılıb, bir sıra şirkətlərə təşəkkürnamələr təqdim edilib. Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq, 6 milyon 278 min 95 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz artaraq, 45 milyon 45 min 7 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub.

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir. Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Bunu Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib: "Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq".

2025-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 505 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 274 obyekt azdır. Məlumata görə, bu ilin sentyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 62 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 25 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.