Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

    21 Oktyabr 2025 19:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 21-də "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

    AzerVoice bu barədə Müdafi Nazirliyinə istinadən xəbər verir.

    Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçı ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

    Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki yerinə yetirilib.

    Yüksək səviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesi ilə tanış olublar.

    Daha sonra Özbəkistan Respublikası Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbi texnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

    Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli qonaqlar "Birlik - 2025" birgə regional təliminin bağlanış mərasimində iştirak ediblər.

    General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksək səviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. "Birlik - 2025" birgə regional təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

    Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

    #Qazaxıstan #Özbəkistan #Zakir Həsənov #Tacikistan #Birlik - 2025 birgə təlim #Azərbaycan Respublikası Müdafiə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    1 Sentyabr 2026 16:39

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    1 Sentyabr 2026 16:17

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    1 Sentyabr 2026 15:51

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    1 Sentyabr 2026 15:46

    Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

    1 Sentyabr 2026 14:02

    Özbəkistan Prezidenti “ŞƏT-2040” konsepsiyasının hazırlanmasını təklif edib

    1 Sentyabr 2026 13:40

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    1 Sentyabr 2026 13:01

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    1 Sentyabr 2026 12:18

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    1 Sentyabr 2026 11:53

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22
    XƏBƏR LENTİ

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.