Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib

    21 Oktyabr 2025 12:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib, yeni imkanlar araşdırılıb, bir sıra şirkətlərə təşəkkürnamələr təqdim edilib.

    AzerVoice xəbər verir ki, Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib.

    Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Qazaxıstan investisiya tərəfdaşlığı, Qazaxıstan biznesinin ölkəmizdəki fəaliyyəti, eləcə də yeni əməkdaşlıq imkanları, o cümlədən ölkəmizin xüsusi iqtisadi zonaları barədə məlumat verib. Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov iki ölkə arasında iqtisadi əlaqələrin yeni səviyyəyə yüksəldiyini və şuranın fəaliyyətinin biznes dairələrinin bu prosesdə fəal iştirakına güclü dəstək verdiyini bildirib.

    Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, sahibkarlara göstərilən dəstək və İşgüzar Şuranın biznes subyektləri arasında əlaqələrin inkişafında rolunu qeyd edib. İşgüzar Şuranın Azərbaycan tərəfindən həmsədri Emin Sadiq və Qazaxıstan tərəfindən həmsədri Dauren Bimov isə şuranın ötən iclasından sonra əldə edilmiş nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə danışıblar.

    Qeyd edək ki, tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.

    Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib
    Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib
    Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib
    #Azərbaycan #Qazaxıstan #AZPROMO
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37
    XƏBƏR LENTİ

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.