İndoneziyanın Cənubi Sulavesi əyalətində 7 heyət üzvü və 3 sərnişin olmaqla cəmi 10 nəfəri daşıyan təyyarə ilə əlaqə kəsilib. "Indonesia Air Transport" şirkəti tərəfindən idarə olunan "ATR 42-500" tipli təyyarənin siqnalı Cənubi Sulavesinin Maros bölgəsində radarlardan itib. Hava nəqliyyatı rəsmiləri təyyarə ilə əlaqənin kəsilməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyini ehtimal edirlər. Mülki Aviasiya Baş Direktorluğu tərəfindən verilən rəsmi açıqlamada təyyarənin tapılması üçün genişmiqyaslı axtarış-xilas etmə əməliyyatlarına başlanıldığı bildirilib. Hazırda müvafiq qurumlar və yerli hakimiyyət orqanları ilə sıx əlaqə saxlanılaraq hadisənin təfərrüatları araşdırılır.
#Təyyarənin havada nasazlığı
Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib. Kaxeti bölgəsinin Siqnaxi bələdiyyəsinə aid dağlıq ərazidə yerə çırpılan C-130 tipli hərbi təyyarə ilə bağlı qəza araşdırma və axtarış-xilasetmə işləri helikopterlərin dəstəyi ilə davam etdirilib. Gürcüstan Daxili İşlər Nazirliyinə tabe olan qruplar və Gürcüstan ordusunun bölmələri də əməliyyatlara fəal şəkildə cəlb olunub. Axtarış-xilasetmə işləri Gürcüstanın daxili işlər naziri Geka Geladze və müdafiə naziri İrakli Çikovani tərəfindən yerində izlənib.
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb. NBC News-un, Morqan dairəsi Şerif İdarəsinə istinadən verdiyi məlumata görə, eyni anda Fort Morqan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada bir-biri ilə toqquşub. Rəsmi şəxslər hər iki təyyarədə iki nəfərin olduğunu, qəza nəticəsində bir nəfərin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı təhlükəsizlik araşdırmasına başlayıb.