Xosep Qvardiola cari mövsümün sonunda Mançester Sitinin baş məşqçi postunu tərk edəcək.Qeyd edək ki, Qvardiola 2016-cı ildən Mançester Sitinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub və tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə isə Qvardiola “şəhərlilər” ilə 20 trofey qazanıb.
#Çelsi
Çelsi rəhbərliyi baş məşqçi Liam Rosenior ilə əməkdaşlığa cəmi 104 gündən sonra son qoyub. Komandanın son nəticələri – ardıcıl beş məğlubiyyət və qol vurulmadan keçən oyunlar bu qərarın əsas səbəbi kimi göstərilir. Lakin müqavilədə nəzərdə tutulmuş xüsusi “break clause” (erkən ləğv maddəsi) sayəsində Çelsi bu böyük maliyyə yükündən yayınmağı bacarıb.
"Arsenal" evdə "Çelsi"ni 1-0 hesabı ilə məğlub edərək İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb. Yeganə qolu Kay Haverts vurdu (90+7-ci dəqiqə). Arsenal ilk oyunu 14 yanvarda səfərdə 3-2 hesabı ilə qazandı.
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
"River Pleyt" 18 yaşlı yarımmüdafiəçi Kendri Paesi "Çelsi"dən icarə əsasında komandaya gətirilməsi barədə razılığa gəlib. London klubu Paesi "Strasburq"dakı icarədən geri çağırır. Ekvadorlu futbolçu tibbi müayinədən keçmək üçün Buenos-Ayresə yola düşəcək.
İngiltərənin “Aston Villa” klubu rəsmi saytında “Beşiktaş”ın hücumçusu Temmi Abrahamı satın aldığını açıqlayıb. Abraham “Çelsi”nin gənclər sisteminin yetirməsidir və həm gənclər, həm də böyüklər komandasında çıxış edib. Onun karyerasında həmçinin “Roma”, “Milan” və digər klublarda oynadığı dövrlər də yer alıb.
Çelsi klubu Kol Palmerin gələcəyi ilə bağlı yayılan iddialara qəti mövqe sərgiləyib. Palmer Çelsi üçün toxunulmaz futbolçu hesab olunur və klub onunla bağlı heç bir transfer təklifini nəzərdən keçirməyi planlaşdırmır. Çelsi gənc futbolçunun uzun illər komandanın əsas sütunlarından biri olacağına inanır.
Kol Palmer "Çelsi"ni tərk etməyəcək. Əvvəl Britaniya mətbuatı məlumat vermişdi ki, yarımmüdafiəçi "Çelsi"də darıxır və "Mançester Yunayted"ə keçə bilər. 23 yaşlı oyunçu belə niyyətləri barədə London klubunun rəhbərliyinə məlumat verməyib. Keçən İngiltərə çempionatının ən yaxşı oyunçularından biri olan Palmer "Çelsi" üçün toxunulmazlardan hesab olunur, onu satmaq planlaşdırılmır
Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb. Komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.
Mançester Yunayteddə Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışları davam edərkən, klubun sabiq məşqçi heyətinin üzvü Rene Meulenstin rəhbərliyə Karlo Ançelottinin namizədliyini ciddi şəkildə nəzərdən keçirməyi tövsiyə edib.
"Mançester Yunayted" klubdaxili danışıqlardan sonra “Çelsi”nin futbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib. “Qırmızı şeytanlar” klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.
“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində əvəzlənib.