Braziliyalı futbolçu Vinisius hazırda İspaniyanın Real Madrid klubundakı vəziyyətdən tam razı deyil və bu mərhələdə Madrid təmsilçisi ilə müqaviləsini uzatmağa tələsmir. Vinisiusun Real Madridlə bağladığı müqavilə 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Mənbənin məlumatına görə, futbolçu klubdakı mövcud vəziyyətdən tam məmnun deyil və müqavilənin uzadılması məsələsində hələlik tələsmir.
#Çelsi
“Strasburq”un baş məşqçisi Liam Rozenyorun Londonun “Çelsi” klubunu çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunkuya maraq göstərir. İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko futbolçu ilə əlaqə saxlayıb. Tedesko Nkunkunu “Leyptsiq”dəki birgə işindən tanıyır.
"Beşiktaş"da qış transfer pəncərəsi üçün hazırlıqlar rəsmi olaraq başlayıb.
İngiltərənin Arsenal klubu, milli futbolçu Kenan Yıldızın transferi üçün məşhur menecer Jorge Mendes ilə Torinoda görüşüb. Transfer iddialarına görə London klubu, gənc ulduzun transferində üstünlük qazanmaq üçün Mendeslə əlaqələri gücləndirməyə çalışır. Yuventusun əsas oyunçularından sayılan Kenan Yıldızın dəyərinin artıq 90–100 milyon avro aralığında qiymətləndirildiyi bildirilir. Serie A-dakı çıxışı ilə Avropanın ən böyük potensiallarından biri kimi göstərilən 19 yaşlı hücumçu, keçən mövsüm bütün turnirlərdə 12 qol vurmuşdu. Bu mövsüm isə 16 matçda 3 qol və 5 asistlə parlaq performansını davam etdirir.
Çelsinin ingilis ulduzu Koull Palmer evində yaşadığı bədbəxt hadisə səbəbindən zədələnib. Bir müddət meydanlardan uzaq qalacaq Palmer Barselona və Arsenal qarşılaşmalarında forma geyinməyəcək. İngilis futbolçunun qasıq zədəsi səbəbindən iki aylıq fasilədən sonra bu həftə yenidən əsas komanda ilə məşqlərə başlayacağı və yaxın vaxtlarda meydana qayıdacağı gözlənilirdi. 23 yaşlı futbolçu evində baş verən qəza nəticəsində sol ayağının kiçik barmağından aldığı zədə səbəbilə bir qədər daha uzun müddət meydana çıxmayacaq.
“Qarabağ” Futbol Klubu həm meydançada, həm də meydançadan kənarda istənilən irqçiliyi, ayrı-seçkiliyi və ya nifrət dolu davranışı qətiyyətlə pisləyir. Bildirilir ki, 05.11.2025-ci il tarixində UEFA Gənclər Liqası çərçivəsində keçirilmiş “Qarabağ” – “Çelsi” matçında tribunada bir azarkeşin rəqib oyunçuya qarşı irqçi jestləri ilə bağlı hadisə diqqətimizə çatdırıldı
UEFA Çempionlar Liqasının dördüncü turunda Qarabağ - Çelsi qarşılaşmasının ilk hissəsi sensasion nəticə ilə yekunlaşıb. Tofiq Bəhramov adına respublik aStadionunda baş tutan oyunun ilk 45 dəqiqəsində Qarabağ London təmsilçisinə qarşı 2:1 hesabı ilə üstünlük qazanıb
UEFA Çempionlar Liqasının IV turunda Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Görüş bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandaların əvvəlki qarşılaşmaları 2017/18 mövsümündə olub – London “Çelsi”də 6:0, Bakıda isə 4:0 hesabı ilə qələbə qazanmışdı. “Qarabağ” ümumilikdə İngiltərə komandalarına qarşı keçirdiyi 7 oyunun hamısında uduzub, son 6 oyununda qol vura bilməyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçı öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları müəyyənləşib. Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Daha sonra saat 18:00-da media nümayəndələri üçün açıq məşq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi ictimaiyyət üçün açıq olacaq.
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlli olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşmaya ümumilikdə 27 min 250 bilet satılıb. Qeyd edək ki,Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Çelsi" oyunu 21:45-də start götürəcək.
Çelsi klubu bu mövsüm Yuventusda parlaq çıxışı ilə diqqət çəkən Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün ciddi səylər göstərir. London təmsilçisinin transferi reallaşdırmaq məqsədilə 90 milyon avroluq təklif üzərində işlədiyi bildirilir. TEAMtalk-ın məlumatına görə, Çelsi bu keçid üçün ardıcıl şəkildə fəaliyyət göstərir – klub nümayəndələri Yuventusun oyunlarını izləyir, futbolçunun menecerləri ilə danışıqlar aparır və “çox həyəcanverici bir təklif” kimi qiymətləndirilən təklif hazırlayır.