Azərbaycan və Braziliya arasında enerji, mədənçilik, mineral emalı kimi sahələrdə tərəfdaşlıq potensialı dəyərləndirilib. Belə ki, Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb.
#İqtisadiyyat Nazirliyi
Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
İstanbulda 10-cu Dünya Halal Sammiti və sammit çərçivəsində "MÜSİAD EXPO" 20-ci Beynəlxalq Ticarət və "Halal Expo" sərgiləri keçirilib. Dünya Halal Sammitində Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr qeyd edilib.
Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Dünya İqtisadi Forumunun idarəedici direktoru və Təbiət və İqlim Mərkəzinin rəhbəri Cim Huay iştirakçıları salamlayaraq dayanıqlı gələcək və sıfır emissiya hədəflərinə çatmaq üçün liderliyin rolunu vurğulayıb.
Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.