#İqtisadiyyat Nazirliyi

Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

2025-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub. İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci il ərzində 524 643 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 583 960 müraciət olub. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb. Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, mədəniyyət və dərin qardaşlıq bağları birləşdirir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələr bütün istiqamətlər üzrə möhkəmlənib və bu proses ölkələrin iqtisadiyyatlarına mühüm töhfə verir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.

“Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan - ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq. Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik”, - məlumatda qeyd edilib.