Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb

    22 Dekabr 2025 17:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    İqtisadiyyat Nazirliyinin dəstəyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” tədbiri yekunlaşıb.

    AzerVoice xəbər verir ki, iki gün davam edən yarışın keçirilməsində məqsəd sənaye müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal texnologiyaların tətbiqi yolu ilə əməliyyat səmərəliliyinin yüksəldilməsi, eləcə də müəssisələrdə əvvəlcədən müəyyən edilmiş texnoloji boşluqların aradan qaldırılmasına yönəlmiş praktik həllərin hazırlanması olub.

    4SİM-in icraçı direktoru Fariz Cəfərov rəqəmsal iqtisadiyyatın və texnoloji transformasiyanın davamlı inkişafı üçün bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, “Sənaye 4.0: Hakaton 2025” tədbiri “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Elm-sənaye klasteri 4.0”-ın formalaşdırılması çərçivəsində təşkil edilib.

    Bildirilib ki, müasir dövrdə rəqabətqabiliyyətli sənayenin formalaşması bilik və bacarıqların real istehsal və texnoloji tələblərlə uzlaşdırılmasından birbaşa asılıdır. Bu baxımdan praktik yönümlü layihələr və təşəbbüslər gənc mütəxəssislərin hazırlığının gücləndirilməsində, innovativ həllərin təşviqində və sənaye ilə təhsil arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
    Yarışmada iştirak üçün 230 komanda, 800-dən çox iştirakçı müraciət edib. İlkin seçimdən sonra 30 komanda (114 iştirakçı) finala vəsiqə qazanıb. İştirakçılar əsasən tələbələr, dövlət və özəl qurumlarda çalışan əməkdaşlardan ibarət olub.

    Tədbirin birinci günü iştirakçılar Sənaye 4.0 mövzusunda ideya müsabiqəsində yarışıblar. Mentorlar tərəfindən verilən məsləhət və dəstək sayəsində iştirakçılar öz ideyaları əsasında tədbirin ikinci günü real sənaye çağırışlarına cavab verən işlək prototip hazırlamaq üçün çalışıblar.

    Tədbir boyunca yerli və beynəlxalq ekspertlər tərəfindən “Komanda quruculuğu”, “İdeyadan sənayeyə” və “Öz biznes ideyamı necə təqdim etməliyəm?” mövzularında təlimlər keçirilib. Komanda quruculuğunu inkişaf etdirmək üçün müxtəlif intellektual oyunlar təşkil edilib.

    Hakaton iştirakçıları süni intellekt və maşın öyrənməsi əsaslı sənaye həlləri, əşyaların interneti və ağıllı sensor sistemləri, ağıllı istehsal və avtomatlaşdırılmış fabriklər, proqnozlaşdırıcı texniki xidmət sistemləri, enerji səmərəliliyi və ağıllı enerji idarəetməsi, süni intellekt əsaslı ERP platformaları, kibertəhlükəsizlik, böyük verilənlər və real vaxt analitikası, AR/VR əsaslı sənaye təlimi və texniki dəstək həlləri təqdim ediblər. Sonda mentorların səsverməsi ilə 10 ən yaxşı layihə təqdimat və münsiflər heyəti tərəfindən qiymətləndirmə üçün seçilib.

    Yekun qiymətləndirməyə əsasən “DataSapiens” komandası (istehsal proseslərinə avtomatlaşdırlımış nəzarət üzrə həll) 1-ci yerə, “DeepSense” komandası (su elektrik stansiyalarında enerji itkisinin və qəzaların prediktiv müəyyən edilməsi ilə bağlı “HydroSense” həlli) 2-ci yerə və “Nummix” komandası (KOB və mikrosahibkarlar üçün süni intellekt əsaslı ERP platforması) 3-cü yerə layiq görülüb. Qalib komandalara pul mükafatları və diplomlar təqdim olunub.

    Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Pasha Holding" və Sabah.HUB İnnovasiya Mərkəzi tərəfindən tədbirə texniki-təşkilati dəstək göstərilib.

    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb
    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb
    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb
    #İqtisadiyyat Nazirliyi #İqtisadi Zonaların İnkişafı Agentliyi #PAŞA Holding #Hakaton #Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) #Sabah.HUB İnnovasiya Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

    2 Sentyabr 2026 10:29

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    Mikayıl Cabbarov Rumıniya Prezidentinin müşavirini qəbul etdi

    18 İyun 2026 16:24

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

    15 İyun 2026 22:17

    Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

    26 May 2026 16:38

    İqtisadiyyat Nazirliyində keçirilən görüşdə AYİB-lə əməkdaşlıq imkanları müzakirə edilib

    19 May 2026 21:46

    Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüş keçirilib

    19 May 2026 18:57

    Ələt Azad İqtisadi Zonası Efiopiyalı investorlara təqdim olunub

    8 May 2026 22:22

    Vergi yükü azalır, yoxsa artır? – Rəsmi açıqlama

    4 Aprel 2026 21:53

    Naxçıvanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib

    14 Mart 2026 14:29
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.