Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi məqsədilə beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
#İsrail
İsrail ilə 12 gün davam edən müharibə zamanı yüksək rütbəli hərbi komandirlərin və nüvə alimlərinin öldürülməsi İran üçün ağır bir itkidir.
"Avropa üçlüyü"nün (İngiltərə, Fransa və Almaniya) liderləri Qəzza zolağında mülki əhaliyə humanitar yardımın gecikmədən çatdırılmalı olduğunu bildirərək İsrailə çağırış ediblər.
Qəzza zolağına havadan humanitar yardım göndərilməsi yaxın günlərdə bərpa olunacaq.
İran sanksiyaların azaldılması və nüvə proqramı ilə bağlı "Avropa üçlüyü" ölkələri ilə (Almaniya, Fransa, Böyük Britaniya) ciddi, açıq və ətraflı müzakirələr aparıb.
Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Parisin Fələstin dövlətini tanıması HƏMAS-ın mövqeyinə qarşı bir mesajdır və iki dövlətli həllə dəstəyi ifadə edir. Makron bu addımı BMT-də rəsmi elan edəcək.
Kanada və Avstraliya hökumətləri İsraili Qəzzada humanitar yardımların qarşısını almaqda və beynəlxalq hüququ pozmaqda ittiham ediblər. Hər iki ölkə atəşkəsə çağırır.
Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.
Jurnalist Adem Əbu Herbid və onun üç qohumu İsrail ordusunun Qəzza zolağının şimalına hücumu nəticəsində həlak olub.
İsrail HƏMAS-la aparılan danışıqlarda girovların azad olunması və Qəzzada atəşkəsə nail olunması məsələlərində heç bir güzəştə getmək niyyətində deyil.
ABŞ rəsmiləri, HƏMAS-ın atəşkəsə dair cavabının Qəzza zolağında razılaşmaya real istək göstərmədiyini əsas gətirərək, Dhoa şəhərindəki nümayəndə heyətini geri çağırmaq qərarına gəliblər.
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.