#İsrail

İsrail artıq 22 aydır Fələstin xalqını amansız şəkildə qətlə yetirir. Aclığın fələstinlilərə qarşı silah kimi istifadə olunması, İsrailin insanlıqdan nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. Qəzzadan yayılan görüntülər nasist düşərgələrindən belə daha dəhşətli, daha qəddar və qeyri-insani mənzərə yaradır.

Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu günə qədər Qəzzada 60 min 34 nəfər ölüb, 145 min 870 nəfər yaralanıb. Səhiyyə mənbələri, həmçinin minlərlə cəsədin dağıntılar altında qaldığını və hələ də çıxarılmadığını bildirir.